Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib
29.12.2015 [09:38]
Muxtar respublikada sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində yeni yaşayış binaları tikilir, mövcud yaşayış binalarında yenidənqurma işləri aparılır. İnsanların rahat yaşayışına xidmət edən bu tədbirlər 2015-ci ildə də davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 28-də Naxçıvan şəhərinin Atatürk küçəsində yeni yaşayış binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərində ictimai yaşayış binalarının tikintisi və yenidən qurulması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. 2015-ci ildə Naxçıvan şəhərində 3 yaşayış binası istifadəyə verilib, 9 ictimai yaşayış binası yenidən qurulub. Hazırda şəhərin Heydər Əliyev prospektində, İdris Məmmədov, Əliqulu Qəmküsar küçələrində ictimai yaşayış binalarının, Əziz Əliyev küçəsində yaşayış kompleksinin tikintisi, bir binada isə yenidənqurma işləri davam etdirilir.
Bina sakinləri adından Emin Hacıyev minnətdarlıq edərək deyib ki, Naxçıvan şəhərində aparılan quruculuq işləri hər bir sakinin həyatında hiss olunur: “Əvvəllər lazımi məişət şəraiti olmayan binada yaşayırdıq. Bu gün isə ailələrimiz müasir mənzillərlə təmin olunub. Bütün bunlar ölkəmizdə insan amilinə verilən qiymətin ifadəsidir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərində müasir tələblərə cavab verən 56 mənzilli yeni yaşayış binasının istifadəyə verildiyini bildirib, binada yeni mənzillə təmin olunan 28 ailəni təbrik edərək deyib: “Bu gün ölkəmizdə bütün sahələrin inkişafı üzrə dövlət proqramları həyata keçirilir. Yaşayış binalarının tikintisi və yenidən qurulması, müasir yaşayış komplekslərinin salınması, qayğıya ehtiyacı olan vətəndaşların mənzillərlə təmin olunması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial tədbirlərin mərkəzində dayanır. Naxçıvan şəhərində də yeni yaşayış binaları tikilir, mövcud binalarda yenidənqurma işləri aparılır. Bu gün açılışı olan bina ötən əsrin 60-cı illərində istifadəyə verilən yaşayış binasının yerində inşa olunmuşdur. İstismar müddəti başa çatan, qəzalı vəziyyətdə olan əvvəlki binada lazımi məişət şəraiti də yox idi. Ona görə də ərazidə müasir tələblərə uyğun yeni yaşayış binası tikilmiş, sakinlərin rahat yaşayışı təmin edilmişdir”.
Ali Məclisin sədri daha sonra deyib: “Ölkəmizdə insanların mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunur. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində daha müasir yaşayış binaları tikilir. Həyata keçirilən bu tədbirlər Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsi olmaqla yanaşı, həm də ölkəmizdə Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi və bu siyasətə sədaqətin nəticəsidir”.
Qeyd olunub ki, bu gün muxtar respublikanın yaşayış məntəqələrində bütün kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Hər il yeni əsgəri-məişət kompleksləri və zabit ailələri üçün yaşayış binaları tikilir, qayğıya ehtiyacı olan insanlar fərdi yaşayış evləri və mənzillərlə təmin olunur, müasir ictimai yaşayış binaları istifadəyə verilir. Bu da qarşıya mühüm vəzifələr qoyur. Belə ki, hər bir vətəndaş həyata keçirilən quruculuq işlərinin iştirakçısına çevrilməli, sabitliyin qorunmasında və ölkəmizin inkişafında öz xidmətlərini göstərməlidir. Çünki ölkəmiz inkişaf etdikcə, insanların rahat yaşayışının təmin olunması sahəsində görülən işlər də davam etdiriləcəkdir.
Ali Məclisin sədri yaşayış binasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində istifadəyə verildiyini bildirib, bu münasibətilə sakinləri təbrik edib, onlara yeni mənzillərində firavan həyat arzulayıb.
Sonra Ali Məclisin sədri mənzillərin ordenlərini təqdim edib, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olan binadakı mənzillərin 28-i üçotaqlı, 28-i isə dördotaqlıdır. Üçotaqlı mənzillər 105, dördotaqlı mənzillər isə 130 və 150 kvadratmetrdir. 2 girişi olan binada lift quraşdırılıb, mənzillərə optik xətt çəkilib, birinci mərtəbədə hər birinin sahəsi 568 kvadratmetr olan 2 mağaza, zirzəmidə isə Naxçıvan şəhərində yaşayan rəssamlar üçün 15 emalatxana istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

