/ / XİN: Etnik təmizləməni öz müqəddəratını təyinetmə kimi təqdim etmək beynəlxalq ictimaiyyətə hörmətsizlikdir
XİN: Etnik təmizləməni öz müqəddəratını təyinetmə kimi təqdim etmək beynəlxalq ictimaiyyətə hörmətsizlikdir
02.03.2016 [09:28]
Xocalı soyqırımı və 2008-ci il martın 1-də Yerevanda törədilmiş siyasi terrorun növbəti ildönümü günlərində BMT-nin İnsan Hüquqları Şurasında çıxış edən Ermənistanın xarici işlər naziri hər hansı xəcalət və ya utanc hissi keçirmədən soyqırımı əməllərinin qarşısının alınması, insan hüquqlarının müdafiəsi və xalqların öz müqəddəratını təyin etməsi prinsipi barədə yalan dolu və təhrif olunmuş fikirlərlə çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı açıqlamasında deyilir: “Ermənistan xarici işlər nazirinin yaddaşını təzələmək istərdik ki, 1975-ci il Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvi şəkildə bir-biri ilə bağlı olduğu, onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd edilərək, ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu bildirilir.
Sənəddə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq edilərək, güc vasitəsilə ərazi əldə olunmasının qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Həmçinin xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər.
Ermənistan güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalı və zəbt olunmuş torpaqlarda törədilmiş etnik təmizləmənin nəticələrini pərdələmək üçün “öz müqəddəratını təyinetmə” prinsipindən sui-istifadə edir”.
Açıqlamada bildirilir ki, Ermənistan xarici işlər naziri əslində zaman və məkan baxımından BMT-nin İnsan Hüquqları Şurasında Xocalı və ölkəmizin işğal olunmuş digər ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, insanlıq əleyhinə cinayət və hərbi cinayət əməllərinin etiraf edilməsi, Ermənistanda insan hüquqlarının acınacaqlı vəziyyətinə və 2008-ci il martın 1-də Yerevan hadisələrinə qiymət verilməsi və həll yollarının təklif edilməsi üçün əlverişli imkanlara malik olsa da, bundan istifadə etməyib.
BMT-nin İnsan Hüquqları Şurasında çıxış edərək, digər dövlətə qarşı törədilmiş işğal, təcavüz, terror və qanlı etnik təmizləməni öz müqəddəratını təyinetmə kimi təqdim etmək və digər ali dəyərlərdən danışmaq BMT təsisatlarına və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdən başqa bir şey deyil.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

