/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
21.04.2016 [10:00]
Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Naxçıvanın muxtariyyət tarixi, dövlət quruluşu, əhalisi, sərhədləri və sosial-iqtisadi inkişafı haqqında məlumat verən Ali Məclisin Sədri deyib ki, Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq ötən əsrin 90-cı illərində Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan qorunub saxlanılıb və ölkəmizin hərtərəfli inkişafının əsası qoyulub. Hazırda Azərbaycan Prezidenti tərəfindən bu yol uğurla davam etdirilir, Naxçıvanın təhlükəsizliyinə və inkişafına xüsusi diqqət yetirilir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı uğurlu əməkdaşlıqdan danışan və qardaş ölkəyə səfərini xatırladan Ali Məclisin Sədri Naxçıvanın türk dünyasının qapısı kimi mühüm strateji mövqeyə malik olduğunu diqqətə çatdırıb, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirildiyini və burada “Naxçıvan” bəyannaməsinin qəbul olunduğunu, əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirildiyini bildirib.
Ali Məclisin Sədri Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin muxtar respublikaya səfərinin də əlaqələrin inkişafı baxımından faydalı olacağına əminliyini ifadə edib.
Nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Azərbaycana səfəri müddətində bir sıra görüşlər keçirdiyini bildirib. Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə müşahidə olunan inkişafın məmnunluq doğurduğunu bildirən qonaq qeyd edib ki, məhkəmə-hüquq sistemində qarşılıqlı fəaliyyətin genişləndirilməsi əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

