İrfan Gündüz: Azərbaycan hər zaman tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib
21.04.2016 [10:05]
Azərbaycan hər zaman öz tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib.
Bu fikri aprelin 20-də Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan sabiq deputatı, professor İrfan Gündüz Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə səsləndirib.
Görüşdə Dövlət Komitəsinin sədri Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduqlarını vurğulayaraq iki dövlət arasında müxtəlif sahələrdə, xüsusilə din sahəsində mövcud olan yüksək səviyyəli münasibətlərdən danışıb. Komitə sədri kimi ilk səfərini Türkiyəyə etdiyini xatırladan M.Qurbanlı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonağa geniş məlumat verib. O vurğulayıb ki, Ulu öndər Heydər Əliyev hər zaman dinə həssas yanaşıb, yeni məscidlərin tikintisinə və tarixi-dini abidələrin bərpasına böyük diqqət ayırıb. Bu gün də Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin dövlətin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu deyən Komitə sədri bu il çərçivəsində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə görüş iştirakçılarını məlumatlandırıb.
Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından söz açan qonaq dövlətin dinə qayğısından və ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. İrfan Gündüz səfəri çərçivəsində “Multikulturalizm ili” ilə bağlı Bakı və Zaqatalada keçiriləcək konfranslarda iştirak edəcəyini və gənclər üçün mühazirələr oxuyacağını deyib.
Görüşdə Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Əhməd Tecim və Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

