Azərbaycanla İran arasında din və mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir
13.05.2016 [09:41]
Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Mübariz Qurbanlı bildirib ki, Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də əlaqələr yüksək səviyyədə qurulub. Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdirlər. Ulu öndər Heydər Əliyev Azərbaycan-İran əlaqələrinə hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu siyasəti ardıcıl və uğurla davam etdirir.
Ölkəmizdəki dini durum haqqında məlumat verən Dövlət Komitəsinin sədri bildirib ki, dövlətimiz daim dinə, dini ibadət yerlərinə - məscidlərə, ziyarətgahlara xüsusi diqqət yetirir. Yeni məscidlər tikilir, bərpa və təmir olunur. Komitə sədri qeyd edib ki, biz bütövlükdə dini radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür. Mübariz Qurbanlı İŞİD kimi dini radikal qruplara qarşı təbliğat müstəvisində birgə mübarizənin zəruri olduğunu da vurğulayıb.
Görüşdə Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin ermənilər tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələri xatırladan Komitə sədri Azərbaycan Ordusunun gücünü göstərdiyini, Ermənistanın işğal etdiyi torpaqlarımızı qaytarmayacağı halda, Azərbaycanın öz ərazilərini geri qaytarmaq üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.
Abuzər İbrahimi Türkman Azərbaycan və İran prezidentləri arasında keçirilən görüşləri xatırladaraq iki qardaş ölkənin əlaqələrinin dərin tarixi köklərə malik olduğunu deyib. “İslam mərhəmət dinidir”, - deyən qonaq din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışaraq qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. O bildirib ki, İran Azərbaycanla mədəni əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Hazırda Azərbaycanda İran kino günləri keçirilir. Mayın 22-də isə Təbrizdə Azərbaycan məscidlərinin fotolarından ibarət sərgi açılacaq. Müsəlman dünyasında nifaq salmağa çalışanların olduğunu vurğulayan qonaq belə dövrdə İranla Azərbaycan arasında münasibətlərin inkişafının önəmli olduğunu bildirib.
Abuzər İbrahimi Türkman Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını İrana səfərə dəvət edib.
Görüşdə nümayəndə heyətinin üzvləri Əsğər Farsi, Ağayi Nuri, İran səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi, həmçinin DQİDK sədrinin müavinləri Səyyad Salahlı, Səyavuş Heydərov, xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

