Telman Zeynalov: Metsamor AES region üçün böyük təhlükədir
14.05.2016 [10:00]
Hələ sovet dövründə istifadəyə verilmiş Metsamor atom elektrik stansiyası (AES) region üçün böyük təhlükə mənbəyidir. Mütəxəssislərin rəyinə görə, bu stansiyanın istifadə müddəti 2005-ci ildə başa çatıb. Onu da unutmaq olmaz ki, Cənubi Qafqaz seysmik zonadır. Zəlzələ vaxtı atom stansiyasından radiasiya sızması labüddür. Bu isə öz növbəsində, ciddi ekoloji və iqtisadi nəticələrə gətirib çıxara bilər: kənd təsərrüfatı üçün yararlı olan on minlərlə hektar münbit torpaq yararsız vəziyyətə düşər, bütün regionun bioloji müxtəlifliyi məhv edilə bilər.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Tanınmış ekoloq beynəlxalq konfranslarda Metsamor AES-i ilə bağlı problemi dəfələrlə qaldırmasını xatırladıb.
Ekspert deyib: “Bildiyiniz kimi, 2011-ci il martın 11-də Yaponiyada maqnitudası 9,0 olan zəlzələ bütün Yaponiyanı təlatümə gətirdi, sunami ölkənin şərq sahillərini cənginə aldı, evlər və kommunikasiyalar dağıldı, yüz minlərlə insan həyatla vidalaşdı. Eyni zamanda, “Fukusima-1” AES-də baş vermiş nüvə fəlakəti atom stansiyalarında təhlükəsizlik sistemlərinin ən zəif yer olduğunu əyani şəkildə göstərdi. Bu qəza Çernobıl AES-dəki partlayışdan sonra ən böyük fəlakət idi. Çernobıl qəzasının Ukraynaya və onunla həmhüdud ölkələrə vurduğu ziyanın həqiqi miqyası hələ də məlum deyil: otlaqların xeyli hissəsi yararsız vəziyyətə düşüb, heyvanların populyasiyası, mal-qaranın baş sayı və istehsal edilən südün həcmi əhəmiyyətli dərəcədə azalıb.
Mən beynəlxalq konfranslarda dəfələrlə bildirmişəm ki, Ermənistan AES-i gec işə düşən minaya bənzəyir. Bu stansiyada kiçik bir qəza Çernobıl və Fukusima AES-lərindəki analoji qəzalarla müqayisədə daha ciddi nəticələrə gətirib çıxara bilər. Belə ki, qəza baş verəcəyi təqdirdə region ölkələrində məhsuldarlıq sıfıra enəcək, hava, çaylar və torpaq çirklənəcək, onkoloji xəstələrin sayı artacaq. Özü də bütün bunlar Cənubi Qafqazla bərabər, Şimali Qafqaza, Türkiyəyə, Gürcüstana və İrana təsir göstərəcək. Bir sözlə, region təhlükədədir, buna görə də Ermənistan rəhbərliyi tərəfindən atom stansiyasının fəaliyyətinin dayandırılmasına nail olmaz lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

