“Biz Qarabağdakı mülki ermənilərə zərər vurmaq istəmirik”
28.05.2016 [08:49]
“Aprel hadisələri zamanı erməni əsilli Azərbaycan vətəndaşlarının bəzi əraziləri tərk etməsi bizim marağımızda olmayan hadisədir. Döyüşlərin gedişində Azərbaycanın hərbi-siyasi rəhbərliyi mülki vətəndaşların əziyyət çəkməsini təəssüf hissi ilə ifadə edib”.
Bu sözləri “Modern.az” saytına Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova Ermənistanın müdafiə naziri Seyran Ohanyanın “Talışı tərk etmiş ermənilər öz yerlərinə qayıda bilərlər” bəyanatını bu cür şərh edib: “Ohanyanın bu çağırışı aprel döyüşlərindən sonra hərbi-siyasi rəhbərliyə və iqtidara qarşı xalqın etirazlarını səngitməyə, kütlənin indiki hakimiyyətə olan inamsızlığını aradan qaldırmağa hesablanıb. Bu illər ərzində Ermənistan rəhbərliyi erməniləri inandırmağa çalışırdılar ki, “onlar öz torpaqlarını işğaldan azad ediblər”.
Hesab edirdilər ki, torpaqlar daim Ermənistanın olacaq və Dağlıq Qarabağ müstəqillik olmasa belə, yenə də işğal altında qalacaq. Onlar danışıqlar prosesində vəziyyəti gözəl bilən tərəf kimi anlayırlar ki, bu heç də belə olmayacaq. Seyran Ohanyan və digər erməni rəhbərləri öz hakimiyyətlərinin ömrünü uzatmaq və xalqı aldatmaq üçün belə çağırışlar edirlər”.
Bahar Muradova bildirib ki, Azərbaycan Dağlıq Qarabağda məskunlaşmış mülki erməni əhalisinə zərər vermək istəmir: “Azərbaycan Qarabağda yaşayan mülki vətəndaşların qəsdinə dayanmayıb və biz heç də onlara zərər vermək istəmirik. Sülh yolu ilə mümkün olmasa belə, Azərbaycan digər üsullarla Ermənistan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxaracaq. Uzun illər ərzində Azərbaycanın müki vətəndaşları ən çox zərər çəkən tərəf olduğu üçün bunun nə demək olduğunu çox gözəl bilirik.
Məqsədimiz Qarabağda yaşayan mülki erməni vətəndaşlarının oradan köçürülməsi, yaxud yerlərinin dəyişdirilməsi yox, Ermənistan qoşunlarının işğal edilmiş torpaqlardan çıxarılmasına nail olmaqdır. Çünki işğalçı ordu həm Azərbaycan, həm də Ermənistan vətəndaşlarını öz yurd-yuvalarından didərgin salıb. Didərgin düşənlərin sabaha heç bir ümidi yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

