“Rossiya 24” telekanalının “İşgüzar səyahət” proqramında Azərbaycanın uğurlarından bəhs olunub
14.06.2016 [10:35]
Rusiyanın “Rossiya 24” telekanalı Azərbaycan haqqında maraqlı proqram yayımlayıb.
AZƏRTAC xəbər verir ki, 25 dəqiqəlik “İşgüzar səyahət” verilişində Azərbaycanın son illərdə qazandığı uğurlardan, iqtisadiyyatının inkişafından, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə tolerant münasibətdən bəhs olunur.
“Rossiya 24”ün əməkdaşı Andrey Şlyapnikov Azərbaycanla bağlı hazırladığı verilişə Bakının İçərişəhər hissəsi və Naftalanla bağlı görüntlülərlə başlayır. Naftalanın ölkəmizin kurort zonalarından biri olduğunu vurğulayan müəllif buradakı neftin insan orqanizmi üçün faydalarından danışır, hətta neft vannası qəbul edir.
Neftin tarixinə toxunan Andrey Şlyapnikov XX əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əldə olunan “Əsrin müqaviləsi”ndən söhbət açır. Müəllif qeyd edir ki, son illər Azərbaycan irimiqyaslı iqtisadi və memarlıq layihələrinin, o cümlədən bütün dünyaya səs salan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. O, buna misal olaraq “Eurovision” mahnı müsabiqəsini və birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayır. Paytaxt Bakıda müasirliklə qədimliyin vəhdət təşkil etdiyini deyən müxbir diqqəti “Alov qüllələri” və Heydər Əliyev Mərkəzinə yönəldir. “Alov qüllələri”ni iqtisadiyyatın güzgüsü adlandırır. Jurnalist Heydər Əliyev Mərkəzinin binasının dizaynının nadirliyindən də bəhs edir.
Verilişdə Sumqayıtın Azərbaycanın neft-kimya sənayesinin mərkəzi olduğu bildirilir. İsmayıllının İvanovka kəndinə də ekskursiya edən müxbir iqtisadiyyatın bütün sahələri ilə maraqlanır. Orta ümumtəhsil məktəblərindən birində çəkiliş aparan müəllif vurğulayır ki, burada təhsil alan 2 min şagirddən 1300-ü rus bölməsində oxuyur.
Proqramda Azərbaycandakı multikulturalizm mühiti, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc və firavan yaşadığı xüsusi vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

