/ / ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında bir sıra vacib qərarlar qəbul olunub
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında bir sıra vacib qərarlar qəbul olunub
05.07.2016 [10:17]
ATƏT Parlament Assambleyasının (PA) 25-ci sessiyası çərçivəsində bu qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsinin son iclası keçirilib. İclasda ATƏT regionunda təhlükəsizlik, insan hüquq və azadlıqları, miqrantların, qaçqın və məcburi köçkünlərin problemləri barədə məsələlər müzakirə edilib, komitənin yekun qətnaməsinin layihəsi qəbul olunub.
Qətnamə layihəsində Azərbaycan tərəfinin təklifləri əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin, miqrantların, qadınların, uşaqların problemləri ilə bağlı müddəalar da əksini tapıb.
Sənəddə, həmçinin işğal altındakı ərazilərin azad olunması, terrorizmə, insan alverinə, zorakılıq və diskriminasiya hallarına qarşı mübarizə sahəsində birgə əməkdaşlığın gücləndirilməsinə dair məsələlər də var.
İclasda ATƏT PA-nın Büro üzvü, komitənin sədr müavini Azay Quliyev vida çıxışı edib. O, komitədə səlahiyyət müddəti ərzində göstərdikləri dəstəyə və anlayışa görə deputat həmkarlarına minnətdarlıq edib. Komitədə göstərilən inamı və etibarı yüksək qiymətləndirən A.Quliyev bildirib ki, bu, ona ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olub.
Milli Məclisin deputatı ATƏT və onun Parlament Assambleyasını bundan sonra da eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğunu, əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağını vurğulayıb.
Xatırladaq ki, Azay Quliyev ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilib. O, 2014-cü və 2015-ci illərdə də bu vəzifəyə təkrar seçilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45

