Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rauf Əliyev: Ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq

Rauf Əliyev: Ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq

20.07.2016 [09:48]

“Azərbaycan özünü dünyada idman ölkəsi kimi təsdiq edib”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
Rauf Əliyev bildirib ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir. Onun sözlərinə görə, belə olan halda idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir.
“Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirici təbliğatın aparılması, gənclərin idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq”, - deyə R.Əliyev qeyd edib.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31