/ / Bəhruz Quliyev: Mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas prioritet istiqamətini təşkil edir
Bəhruz Quliyev: Mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas prioritet istiqamətini təşkil edir
23.07.2016 [10:11]
“Bünövrəsi “Əkinçi” qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının keçdiyi keşməkeşli və tarixi yol, söz yox ki, xalqımızın şərəf salnaməsidir. Əbəs yerə deyil ki, hər il 22 iyul tarixində xalqımız Azərbaycan milli mətbuatının ildönümlərini çox böyük coşqu ilə qeyd edir”. Bu fikirləri yap.org.az saytına “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev ölkə mətbuatının 141 illiyi ilə bağlı fikirlərini bölüşərkən deyib.
Baş redaktor vurğulayıb ki, müasir Azərbaycan mətbuatının inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Etiraf etməliyik ki, mətbuat ildönümlərinin böyük əhval-ruhiyyə ilə keçirilməsi ənənəsinin əsası da məhz Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli lider Heydər Əliyevin demokratik baxışı, siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı”.
Bəhruz Quliyev ölkə mətbuatının inkişafının tarixi aspektlərinə toxunaraq xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilib, bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırılıb: “Nəticədə milli mətbuatın inkişafı və demokratikləşməsi yolunda daha yeni perspektivlər açıldı. Beləliklə, bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, xüsusilə dövlətin mətbuat üzərindəki nəzarət funksiyasından imtina edildi”.
“Səs” qəzetinin baş redaktoru daha bir önəmli tarixi hadisəni xatırladaraq deyib ki, xüsusilə 2000-ci ildə milli mətbuatımızın 125 illiyinin bütün ölkə miqyasında qeyd edilməsi və dövlət tərəfindən mükafatlandırmalar istiqamətində hər bir jurnalistin marağına cavab verən, sevincinə səbəb olan ənənənin təməli qoyuldu: “Bundan sonra 22 iyul tarixi hər il ölkə jurnalistləri tərəfindən təntənə ilə qeyd olunmağa başlandı. Bütün bunlar isə bilavasitə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış tarixi Sərəncamdan sonra yaşandı. Belə bir möhtəşəm ənənə bu gün də Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Müxtəlif ildönümləri və yubileylərdə, o cümlədən 2005, 2010, 2015-ci illərdə milli mətbuatın 130, 135, 140 illiyi ilə bağlı verilən sərəncamlar, 2008-ci ildə təsdiq olunmuş “Mətbuatın İnkişaf Konsepsiyası”, eyni zamanda, jurnalistlərə müxtəlif dövlət mükafatlarının, jurnalistlər üçün fərdi mənzillərin verilməsi bunun bariz nümunəsidir”.
Bəhruz Quliyev son olaraq qeyd edib ki, bu gün Azərbaycanda güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Həmçinin əldə edilən uğurları nəticəsində Azərbaycan mətbuatı dünya mediasının tərkib hissəsində özünəməxsus rolu ilə seçilir: “Hazırda ölkə mətbuatının istənilən strukturu - qəzetlər, saytlar, portallar ölkəmizdə mövcud olan müasir media texnologiyalarından yararlanaraq tərəqqi yolunu davam etdirir, çoxminli oxucu kütləsinin marağını təmin edən informasiyalarla gündəmə daxil olurlar, vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Mən də fürsətdən istifadə edərək, Azərbaycan dövlətçiliyinin qorunmasında, təbliğində və inkişafında fəaliyyət göstərən bütün media mənsublarını milli mətbuatımızın 141-ci ildönümü münasibəti ilə təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayıram”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

