Günahkar etiraf etdi
10.08.2016 [10:05]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.
Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti ev 200/36, mənzil 31 ünvanında yaşayan zərərçəkmiş şəxs Manafova Elvira Nurəddin qızı ifadəsində göstərib ki, 19 may 2015-ci il tarixdə təxminən saat 11 radələrində pəncərəyə baxarkən pəncərədən qara rəngli tüstü qalxdığını, bloka çıxarkən isə oraya qara rəngli acı tüstü dolduğundan xəbər tutub. Blok tüstü olduğu üçün ətrafı görmək mümkün olmayıb və o, tüstüdən zəhərlənmə zədəsi alaraq təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Binanın hansı səbəbdən yanmasını bilmir. Amma dəqiq bilir ki, yanmanın güclənməsinə binanın fasadına çəkilmiş tezalışan materialdan olan üzlük səbəb olub.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Əliyev Ruslan Vəliyulla oğlu eyni məzmunlu ifadələr verərək 19 may 2015-ci il tarixdə həmin binada yanğın hadisəsi baş verməsini, yanğının söndürülməsi və insanların təxliyə olunmasında iştirak etdiklərini və müxtəlif dərəcəli xəsarətlər aldıqlarını təsdiq edib.
Zərərçəkmiş qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti ev 200/36, mənzil 18 ünvanında yaşayan Abdullayev Anar Arif oğlu ifadəsində göstərib ki, 19 may 2015-ci il tarixdə saat 11 radələrində nənəsi Şövkət onu oyadaraq yaşadıqları binanın yandığını bildirib. O, dərhal nənəsi ilə birlikdə binanı tərk edib. Hadisə zamanı onlar heç bir xəsarət almayıblar. Hadisə nəticəsində ona 36.375 manat maddi ziyan dəyib.
Prosesdə təqsirləndirilənlərdən biri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun vəziyyəti qəflətən pisləşib, təcili tibbi yardım çağırılıb.
Məhkəmədə fasilə elan olunub.
Daha sonra söz Azərbaycan Respublikası CM-in 308.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov Ağacavad Hacı oğluna verilib. O, özünü ona qarşı irəli sürülmüş ittihamlarda nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilərək ifadələrində göstərib ki, ali təhsilli kimyaçıdır, ixtisası üzrə müxtəlif vəzifələrdə işləyib. 2003-cü ilin fevral ayında “Dərnəgül boru zavodu” qapalı səhmdar cəmiyyətində yüksək sıxlıqlı polietilen boruların yoxlanması sınaq laboratoriyasında mühəndis vəzifəsinə işə düzəlib, 2003-cü ilin may ayının 27-də “Dərnəgül boru zavodu” QSC istehsal prosesinə başlayıb. Onun rəhbərlik etdiyi sınaq laboratoriyası hüquqi şəxs olmadığı üçün özünün möhürü olmayıb və zərurət olduqda zavodun dairəvi möhüründən istifadə edilib.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Construction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə “Dərnəgül boru zavodu”nun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Məhkəmə iclasına gələn zərərçəkmiş şəxslər dindirildikdən sonra iclasda sədrlik edən hakim iş üzrə növbəti iclasın 11 avqust, saat 10:30-a təyin edilməsini elan edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

