Qazaxıstan dövlət müstəqilliyinin 25 illiyini qeyd edir
12.08.2016 [10:03]
Prezident Nursultan Nazarbayevin yürütdüyü uğurlu siyasət nəticəsində bu gün Qazaxıstan regionun aparıcı dövlətlərindən birinə çevrilib
Bu il Qazaxıstan dövlət müstəqilliyinin 25 illiyini qeyd edir. Əsrin dörddəbirinə bərabər olan bu müddət çox böyük olmasa da, hərdən adama elə gəlir ki, Qazaxıstan bundan da böyük nailiyyətlər qazana bilərdi. Doğrudur, yalnız şəkkaklar belə düşünsələr də, amma bu ölkədə yaşayanlar yaxşı bilirlər ki, ötən bu illər Qazaxıstan üçün heç də asan olmayıb, əksinə, hər şey indikindən daha da pis ola bilərdi. Buna aid nümunələr də elə çoxdur. Məsələn, ölkə başçısı Nursultan Nazarbayev tərəfindən xalqa edilmiş əsas hədiyyədən başlayaq, - bu böyük bir layihə idi, - rekord müddətdə inşa edilən yeni bir şəhər-paytaxt Astana! İndi bu şəhər, demək olar ki, ölkənin bütün ağırlığını çiyinlərində daşıyır. Astana şəhəri öz coğrafi mövqeyinə görə elə seçilmişdi ki, bura dövlətin döyünən ürəyi olmalı idi - o nəinki ideal nəqliyat dəhlizi rolunu oynamalı idi, eyni zamanda, həmin regionun urbanizasiya potensialını özündə düzgün əks etdirməli idi. Təqribən 20 il müddətində şəhərdə əhalinin sayı artıq 1 milyon nəfəri ötüb. Statistik rəqəmlərə diqqət yetirsək, görərik ki, Astana iqtisadi cəhətdən artıq çoxdan dövlət büdcəsindən asılı deyildir. Siyasi cəhətdən isə Qazaxıstanın yeni paytaxtı nəinki ilk baxışdan heyran qalınası bir şəhərə çevrilib, həmçinin özünə ciddi beynəlxalq imic qazana bilib. Ən əsası, Astana, demək olar ki, dünya arenasında müstəqil siyasət yürüdən aktorlardan biri olan Qazaxıstanın sinoniminə çevrilib.
Digər bir aspekt isə beynəlxalq imiclə bağlıdır. Qazaxıstan bu məsələdə də öz sözünü deyə bilib. Hazırda bu ölkə nəinki nüfuzlu beynəlxalq forum və sammitlərin keçirildiyi bir meydança, - buna misal olaraq ATƏT-in Sammitini göstərmək olar, - eyni zamanda, sülhyaratma işinə töhfələr verən sanballı bir dövlətdir. Buna misal olaraq İran və Suriya məsələlərinə dair bu ölkədə bir neçə mərhələdə keçirilən danışıqlar prosesini göstərmək olar. Qazaxıstanın dünya siyasətindəki yerini isbatlayan əsas məqam isə, sözsüz ki, bu dövlətin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu.
Əlbəttə, bu kimi nailiyyətlər adi vətəndaş üçün heç də əsas faktor kimi görünməyə bilər. Çünki hər kəs bu nailiyyətləri şəxsən öz üzərində hiss etmək istər - axı ötən 25 il mənə nə verib? - deyə soruşa bilər. Yerli analitiklərin fikrincə, ötən tarixdə bu suala da cavab tapmaq asandır. Belə ki, hər bir dövlətin nailiyyətləri onun iqtisadi göstəriciləri ilə, o cümlədən ölkə vətəndaşlarının həyat səviyyəsi ilə qiymətləndirilir. Ekspertlər qeyd edirlər ki, müstəqillik qazandıqdan sonra, 1992-ci ildə Qazaxıstanda hiperinflyasiya 2500 faiz təşkil edib. Üstündən bir il ötdükdən sonra, 1993-cü ildə bu rəqəm 60 faizə enib ki, bu də çox böyük göstərici deməkdir. 2000-ci ildə hakimiyyətin yürütdüyü uğurlu pul-kredit siyasəti nəticəsində bu inflyasiya göstəricisi artıq 9,8 faizədək aşağı enmiş olub. Hazırda Prezident Nursultan Nazarbayevin Qazaxıstan hökuməti qarşısında qoyduğu əsas vəzifə inflyasiyanın həddini birrəqəmli səviyyədə saxlamaq, onu 6-8 faiz həddini aşmağa qoymamaqdır. Təbii ki, bütün bunlar 25 il əvvəlki ilə bugünkü Qazaxıstanın fərqidir və bunu hər bir ölkə vətəndaşı görməkdədir.
Eləcə də, ölkədə ümumi daxili məhsulun (ÜDM) istehsalında da bu fərqi görmək mümkündür. Əgər 1993-cü ildə ÜDM-in həcmi mənfi 9,2 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm müsbət 6 faizədək yüksəlib.
Yerli analitiklər belə hesab edirlər ki, doğrudur, indinin özündə vətəndaşların həyat səviyyəsi heç də arzuolunan səviyyəyədək yüksək olmasa belə, digər tərəfdən, insanlar müstəqilliyin ilk illərində ərzaq malları almaq üçün kilometrlərlə növbədə dayanmalarını da unutmayıblar.
Kənd təsərrüfatı və neftçıxarma kimi ənənəvi sahələrə bu gün iqtisadiyyatın tikinti və emal sənayesi sahələri də qoşulub. Bundan əlavə, hazırda Qazaxıstanın özünə məxsus olan “nou-hau” sahələri də vardır, buna misal olaraq informasiya texnologiyaları və rabitə sahəsini göstərmək olar. Əlbəttə, bu, heç də o demək deyildir ki, Qazaxıstan artıq Yaponiya, yaxud Cənubi Koreyanın iqtisadi inkişaf səviyyəsinə yüksələ bilib. Amma həqiqət odur ki, həmin ölkələr də inkişafının hazırkı pik mərhələsinə heç də 10 il ərzində nail olmayıblar.
Bundan əlavə, yüksək texnologiyalar sahəsində Qazaxıstanın əldə etdiyi nailiyyətləri də qeyd etmək lazım gəlir. Yerli ekspertlər qeyd edirlər ki, “Baykonur” kosmodromu inşa edildiyi ilk gündən etibarən qazaxıstanlı mütəxəssislər bu meydançada çalışıblar. İndi qazaxlar bu sahədə artıq lazımi biliklərə malik ixtisaslı kadrlar kimi, dünyada məşhur olan bu kimi kosmodromlarda aparıcı vəzifələrdə, ən əsas və mərkəzi sahələrində çalışmaqdadırlar.
Analitiklərin qənaətinə görə, Qazaxıstanda digər bir iddialı sahə, sözsüz ki, nüvə sənayesinin inkişafıdır. İndi ölkənin qarşıya qoyduğu hədəflərindən biri nüvə sənayesinin tam tsiklinə malik olmaqdır - nəinki bu qiymətli metalı hasil etmək, həmçinin onu sata bilməkdir.
Sosial göstəricilərə toxunan ekspertlər belə hesab edirlər ki, indi ölkənin hər yerində qazaxıstanlıların xoşladığı iri supermarketləri, əyləncə mərkəzlərini görmək mümkündür. Bu isə lakmus kağızı kimi, ölkə əhalisinin gəlirlərinin ilbəil artmasının bariz nümunəsidir. Qazaxıstanın sürətli inkişafından xəbər verən digər bir məsələ isə ölkə ərazisindəki ticarət mərkəzlərində, dükan-bazarlardakı piştaxtaların ilboyu yerli istehsaldan olan məhsullarla dolu olmasıdır. Burada xüsusi olaraq vurğulamaq lazımdır ki, hazırda ölkə əhalisinin böyük əksəriyyəti məhz üzərində “Made in Kazakhstan” yazısı olan məhsullara üstünlük verir. Yerli ekspertlərin sözlərinə görə, bu, təkcə gündəlik tələbat malları alana deyil, hətta minik avtomobili alan istehlakçıya da aiddir. Statistik rəqəmlərə istinad edən ekspertlər qeyd edirlər ki, hazırda özünə minik avtomobili alan hər üç qazaxıstanlıdan biri məhz ölkədə istehsal olunan maşınlarına üstünlük verir. Bu isə, hər şeydən əvvəl, hökumətin yerli istehsal məhsullarına tətbiq etdiyi güzəştli, eləcə də çox sərfəli və düzgün kredit siyasəti ilə bağlıdır.
Analitiklər belə hesab edirlər ki, ötən 25 ildə Qazaxıstan böyük “iyirmiliyin” (G20) üzvü olmasa da, bu birliyə daxil olan hər bir ölkə rəsmi Astana ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, Qazaxıstanın özünü artıq çoxdan Mərkəzi Asiya regionunun öncül ölkələrindən biri hesab edirlər.
Ekspertlərin qənaəti budur ki, ölkə lideri Nursultan Nazarbayev müasir Qazaxıstanın uğurlu inkişaf sistemini yarada bilmişdir. İqtisadi istiqaməti qeyri-müəyyən olan, hiperinflyasiya dövrünü yaşayan, ağlasığmaz həddə çatan işsizlik ordusuna malik Qazaxıstan məhz onun uzaqgörən və düşünülmüş siyasəti nəticəsində hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünədək yüksələ bilmişdir. Bu gün Qazaxıstan dünyada ilk və yeganə dövlətdir ki, öz ərazisində uran yataqları olduğu halda, nüvə silahlarından könüllü şəkildə imtina edir.
Odur ki, yerli analitiklər belə hesab edirlər ki, Prezident Nursultan Nazarbayevin təklif etdiyi və həyata keçirdiyi islahatlar, öz dövrünü qabaqlamaqla yanaşı, hələ bundan 20 il sonra da öz aktuallığını itirməyəcəkdir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

