“The Jewish Journal” nəşrində Azərbaycanda qadınların imkanları haqqında məqalə dərc edilib
31.08.2016 [09:27]
ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı soyqırımının şahidi, həmin qanlı qırğından möcüzə sayəsində sağ çıxmış Dürdanə Ağayevanın “Məktəbə qayıdış və geniş açıq dünya ilə görüş” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yaxınlaşan yeni dərs ili, qızının məktəbdə məşğələlərə hazırlaşması və qadın kimi Azərbaycanda onun üçün əlçatan olan geniş imkanlar barədə söhbət açır.
D.Ağayeva yazır: “Mənim ölkəm Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi demokratik dövlətdir. Bizim hökumət çoxkonfessiyalığı dəstəkləyir və təşviq edir, bütün dinlərə hörmətlə yanaşır”.
Müəllif qeyd edir ki, Azərbaycanda yəhudi və xristian qadınlara da təhsil almaq hüququ və müvafiq imkanlar verilib. Halbuki dünyanın digər müsəlman cəmiyyətlərində belə imkanlar heç də həmişə əlçatan deyil. Müəllif vurğulayır ki, Azərbaycanda elmlər doktorlarının 50 faizi qadınlardır. Azərbaycan qadınlarına seçki hüququ hələ 1918-ci ildə, yəni ABŞ-da qadınların bu cür hüquqlar almasından bir il əvvəl verilib.
D.Ağayeva qızının yaxşı təhsil almaq istəyini və arzusunu dəstəkləyərək, ona Azərbaycanın fərqlənmiş qadınlarının uğurları barədə danışır. Məsələn, Leyla Məmmədbəyova ilk azərbaycanlı qadın təyyarəçi idi (1931-ci il). O, həmçinin Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olub. Altı uşaq böyütmüş Leyla Məmmədbəyova çoxsaylı paraşütçü və pilot hazırlayıb, Mərkəzi Asiya ilə Cənubi Avropa arasında uçuşu həyata keçirmiş ilk qadın təyyarəçidir.
D.Ağayeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai və siyasi xadim, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi böyük nailiyyətləri haqqında yazır. O, həmçinin Azərbaycanın digər qadınlarının - Milli Məclisin sədr müavini Bahar Muradovanın, parlamentin deputatları Qənirə Paşayevanın və Sevinc Fətəliyevanın, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın da uğurlarını xatırladır.
Müəllif sonda yazır ki, Azərbaycan qadını hansı karyera yolunu seçməsindən asılı olmayaraq, ölkənin inkişafına öz müsbət töhfəsini verə biləcək. Çünki o, həyatın bütün sahələrində uğurlar qazanan kişilərin və qadınların bərabərliyi prinsiplərinə əsaslanan ölkədə yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

