/ / Respublikamızın müəllifi olduğu neft-qaz kəmərlərinin Gürcüstandan keçməsi Tbilisinin dünyaya inteqrasiyası üçün əhəmiyyətli baza yaradıb
Respublikamızın müəllifi olduğu neft-qaz kəmərlərinin Gürcüstandan keçməsi Tbilisinin dünyaya inteqrasiyası üçün əhəmiyyətli baza yaradıb
21.05.2009 [10:33]
Gürcüstan və Azərbaycan tarixin bütün dövrlərində yaxın qonşuluq münasibətləri ilə bərabər, sıx dostluq tellərinin dinamikliyinə görə seçilib. Birgə uğurlu təmaslar və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq nəticəsində münasibətlər hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yeni mərhələyə qədəm qoyaraq bütün elementlərinə görə zəngin çalarlar alıb. Son illərdə daha yüksək səviyyəyə çatan dövlətlərarası münasibətlər dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində genişmiqyaslı və çoxşaxəli əməkdaşlıq üçün əsaslı təməllər yaradıb.
Rəsmi Tbilisi dəfələrlə bəyan edib ki, gürcü xalqı regionda Azərbaycan kimi ən yaxın qonşusunun olmasına görə xoşbəxtdir. Azərbaycan bu ölkənin iqtisadi resurslarla təminatında və sosial inkişafında həmişə həlledici rol oynayıb və ən nəhəng layihələrin reallaşması üçün Gürcüstanı özünün tərəfdaşı kimi qəbul edib. Respublikamızın müəllifi olduğu neft-qaz kəmərlərinin Gürcüstandan keçməsi Tbilisinin dünyaya inteqrasiyası üçün əhəmiyyətli baza yaradıb. Bakı-Tbilisi-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu ölkənin yanacağa olan ehtiyaclarını tam ödəməklə yanaşı, regionda strateji tranzit məkanına çevrilməsinə səbəb olub. Bu gün Gürcüstan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasının gerçəkləşməsi nəticəsində bölgədə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrdən birinə çevrilib. Azərbaycan Gürcüstanda ən nəhəng liman kompleksi olan Kulevi terminalını tikməklə bu ölkənin dəniz vasitəsilə Avropaya və Asiyaya çıxış imkanlarını daha da genişləndirib.
Azərbaycan hökuməti Gürcüstanın ən ağır vəziyyətində bu ölkəyə yardım əlini uzadaraq dost gürcü xalqının çətinlikdən xilas olmasına səbəb olub. Respublikamız bir neçə dəfə gürcü xalqının sosial rifahı üçün köməyini əsirgəməyib. Dörd il əvvəl şaxtalı qış günlərinldə qonşu ölkədə yanacaq böhranı yarananda bu çıxılmaz vəziyyətdən Gürcüstanı xilas edən də məhz respublikamız oldu. Gürcüstan prezidenti Mixail Saakaşvili həmin dövr barədə deyib: “Biz unutmamalıyıq ki, 2005-ci ilin yanvar ayında Gürcüstana təbii qaz verilməsi dayandırılmışdı. Bu, çox müəmmalı bir şəraitdə baş vermişdi. O zaman Azərbaycan böyük bir xeyirxah addım atdı, öz əhalisinin ehtiyaclarını tam ödəmədiyi halda, qaz ehtiyatının yarısını Gürcüstana ötürdü və Gürcüstan sakinlərini qışda donmaqdan xilas etdi. Bu xeyirxahlıq bizim insanların yaddaşından heç vaxt silinməyəcəkdir”.
Gürcüstan prezidenti Mixail Saakaşvili həmişə Azərbaycanın bu dəstəyini yüksək dəyərləndirib və respublikamızın inkişafının bilavasitə gürcü xalqının həyat tərzinin də yaxşılaşmasına səbəb olduğunu bildirib: “Bizim Azərbaycanla çox yaxın dostluq münasibətlərimiz var. Azərbaycan bizim müstəqilliyimizin və uğurlu inkişafımızın əsas təminatçısıdır, Azərbaycan Gürcüstanın yaxını, əzizi və xoşməramlı qonşusudur və Azərbaycan xalqı gürcü xalqına dost xalqdır. Azərbaycanın inkişafı, uğurları və varlanması bilavasitə Gürcüstana da təsir edir. Azərbaycanın qələbəsi Gürcüstanın da qələbəsidir. Biz də əlimizdən gələni edəcəyik ki, Gürcüstanın nailiyyətləri Azərbaycana da xeyir gətirsin”.
ölkələr arasında münasibətlərə dinamiklik gətirən faktorlar sırasında hazırda yeni infrastruktur layihələrinin reallaşmasını xüsusi qeyd etmək olar. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, ölkələri birləşdirən magistral avtomobil yollarının əsaslı şəkildə beynəlxalq standartlara uyğun qurulması başa çatmaq üzrədir. Bundan başqa, Bakıdan Gürcüstan sərhədinə qədər olan nəqliyyat şəbəkəsi yenidən qurulur və bu yol ölkəmizin Gürcüstan vasitəsilə Türkiyəyə çıxışını da asanlaşdıracaq. ümumiyyətlə, həyata keçirilən bütün layihələr, nəqliyyat-kommunikasiya, enerji marşrutları, neft və qaz kəmərləri, dəmir yolu xətləri qonşu dövlətlərin siyasi-iqtisadi əlaqələrini möhkəmləndirməklə bərabər, hər iki ölkənin insanlarının daha da yaxınlaşmasına kömək edib. Bu meyillər ölkələr arasında ənənəvi münasibətlərin daha da möhkəmlənməsinə, sarsılmaz xarakter almasına impuls verməkdədir.
İndiyədək keçirilən Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın iclasları da əlaqələrin yeni sahələri əhatə etməsi üçün əlverişli stimul yaradıb. ötən il Tbilisidə keçirilən hökumətlərarası iqtisadi komissiyanın 5-ci iclasında imzalanan protokol ölkələr arasında münasibətlərin geniş sahələrini əhatə edib və onun gələcək inkişafına dərin əsaslar yaradıb. Azərbaycan Gürcüstana investisiya qoyan ilk dövlətlərdən hesab olunur və bu siyasət son iki ildə bir qədər də intensiv xarakter alıb. ölkəmizə məxsus tikinti şirkətləri bu ölkədə fəaliyyət göstərir və infrastruktur layihələrində fəallığı ilə seçilir. Eyni zamanda, Azərbaycan Gürcüstanın dəmir yollarının özəlləşdirilməsində də iştirak etmək niyyətini bəyan edib. özəlləşdirmədə iştirakda iddialılar arasında Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, İsveçrənin, Qazaxıstanın nüfuzlu şirkətləri də var. Onu da xatırladaq ki, Azərbaycan Gürcüstanda elektrik stansiyalarının da özəlləşdirilməsində iştirak etmək fikrindədir. Gürcüstan su elektrik stansiyaların, xüsusilə də, İnquri Su Elektrik Stansiyası özəlləşdirilməyə çıxarılıb və bu prosesdə iştirak etmək üçün Azərbaycana təklif göndərib. Respublikamız hazırda bu məsələ ilə bağlı təklifləri nəzərdən keçirir.
Azərbaycan və Gürcüstanın müəllifi olduğu nəhəng nəqliyyat-enerji-kommunikasiya dəhlizləri bölgədə sabitlik və inkişaf meyilləri üçün mühüm əhəmiyyətə malikdir. Təəssüf ki, hər iki ölkənin seperatizmdən əziyyət çəkməsi Qafqaz regionunda geniş əməkdaşlıq və təhlükəsizlik şəbəkəsinin möhkəmlənməsinə mane olur. Prezident İlham Əliyev deyib: “Gürcüstan və Azərbaycan qarşısında duran ən önəmli problem ərazi bütövlüyünün bərpasıdır. Biz seperatizmdən əziyyət çəkirik, etnik təmizləmə siyasətindən əziyyət çəkirik, bizim ərazi bütövlüyümüz pozulubdur. Bu, ən böyük ədalətsizlik, bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir. Biz mübarizə aparırıq və aparacağıq ki, bunu ədalətli, beynəlxalq hüquq əsasında, dünya praktikası əsasında həll edək”.
Seperatizmin kökünün kəsilməsi təkcə Azərbaycan və Gürcüstanın deyil, ümumilikdə, bölgənin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04

