/ / Azərbaycan nümayəndə heyəti Strasburqda internet təhlükəsizliyi ilə bağlı beynəlxalq konfransda iştirak edir
Azərbaycan nümayəndə heyəti Strasburqda internet təhlükəsizliyi ilə bağlı beynəlxalq konfransda iştirak edir
10.09.2016 [11:00]
Sentyabrın 9-da Fransanın Strasburq şəhərində “İnternet azadlığı - Avropadakı demokratik təhlükəsizliyin daimi faktoru kimi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Avropa Şurası Nazirlər Komitəsinə hazırda sədrlik edən Estoniyanın və ATƏT-ə bu il sədrlik edən Almaniyanın, o cümlədən Avropa Şurasının birgə təşkilatçılığı ilə baş tutan konfransda dünyanın bir sıra aparıcı ölkələrindən çoxlu sayda mütəxəssis, ekspert və rəsmi nümayəndə iştirak edir.
Beynəlxalq konfransda Azərbaycanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Ceyran Əmiraslanova, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hüquq şöbəsinin baş məsləhətçisi Bəxtiyar Məmmədov və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Xəyalə Paşazadə, o cümlədən Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyevdən ibarət nümayəndə heyəti təmsil edir.
Tədbirin məqsədi fundamental azadlıqlardan onlayn şəkildə bəhrələnmək, internet azadlığı üzrə birgə öhdəliyin təşviqi üçün iştirakçıları bir araya gətirmək, səmərəli implementasiya üçün ən yaxşı təcrübələri müəyyənləşdirməkdən ibarətdir.
Konfransda Avropa Şurasının baş katibi Törbyorn Yaqland, ATƏT-in kütləvi informasiya vasitələri azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç və digərləri çıxış edərək internetin imkanları, onun səmərəli tərəfləri və mənfi təsirləri haqqında fikirlərini bildiriblər. Bununla yanaşı, media sahəsində çalışanlara internetin mütəmadi yenilənən imkanlarından daha səmərəli istifadə etməyi tövsiyə ediblər.
Tədbir iştirakçıları ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanan Azərbaycan nümayəndə heyətinin üzvləri isə onlara Azərbaycanda internetin səviyyəsi və ondan istifadə olunması imkanları haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, son 10 ildə Azərbaycanda internet resursları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur. İfadə azadlığı, plüralizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində mühüm amil olduğundan media, vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadə vacibdir. Azərbaycanda internet azadlığı təmin olunub, insanlar internetdən azad şəkildə istifadə edirlər, sosial şəbəkələrə heç bir məhdudiyyət yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

