"İtkin düşmüş şəxslər probleminin hüquqi tənzimlənməsi"
22.05.2009 [09:57]
Dünən Milli Məclisdə Azərbaycan parlamenti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin hüquqi tənzimlənməsi” mövzusunda dəyirmi masa keçirildi. MM sədrinin müavini Bahar Muradova bildirdi ki, itkin düşmüş şəxslər və onların ailələrinin hüquqları ilə bağlı ayrılıqda qanunvericiliyə ehtiyac var. Onun sözlərinə görə, bu problem çox ciddi bir xarakter daşıyır: “Bunun əsasən bir sıra istiqamətləri var. Daha çox siyasi, humanitar və hüquqi aspektlərini qeyd etmək istərdim. çünki itkin düşmüş şəxslər problemi təkcə itkin düşənlərin problemi deyil. Bu həm onların vətəndaşı olduğu ölkələrin, hansı ölkənin ərazisində saxlanılırsa, o ölkələrlə ikinci ölkə arasında münasibətləri, eləcə də, insanların özünün humanitar və hüquqi insan hüquqları baxımından, həm də onların qohumlarının, yaxın adamlarının problemləri baxımından çox əhəmiyyətli məsələdir”.
Azərbaycanın bu problemlə ciddi şəkildə üzləşdiyini və təcavüzün qurbanı olduğunu qeyd edən B.Muradova dedi ki, ölkəmizdə çoxsaylı itkinlər, əsir düşmüş və girov götürülmüşlər var. MM sədrinin müavini BQXK nümayəndələrinin diqqətinə çatdırdı ki, itkin düşmüş vətəndaşlarımız 10 ildən artıqdır öz ev-eşiklərindən kənarda insan üçün ağır olan şəraitdə saxlanılır: “Onların bütün insan hüquqları pozulub və bu hüquqların bərpa olunması üçün həm dövlətlər, həm də hüquqi təşkilatlar öz səylərini göstərməlidirlər”.
B.Muradova bildirdi ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 dekabr 2008-ci il tarixli məlumatına əsasən, Azərbaycan tərəfindən əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin sayı 4211 nəfər təşkil edir: “Onlardan 3401 nəfəri hərbiçi, 802 nəfəri mülki şəxsdir, 7 nəfərin isə hərbiçi və ya mülki şəxs olduğu bu günə qədər müəyyən olmayıb. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaqlar olub. Onların içərisində 16 nəfəri azyaşlı qız uşağı, 256 nəfəri qadın, 355 nəfər yaşlı şəxslərdir. 355 nəfərdən 152-si qadındır. Bu insanların geriyə qaytarılması, talelərinin müəyyənləşdirilməsi istiqamətində səylər davam edir” - deyən B.Muradova bu işdə BQXK-nin də xidmətlərini xüsusi qeyd etdi. O, həmçinin, qeyd etdi ki, Azərbaycan tərəfi sözügedən məsələ ilə bağlı qanun qəbul edirsə, Ermənistan tərəfi də belə bir qanun yaratmalıdır: “öhdəliklər ikitərəfli olmalıdır. Biz üzərimizə qanunla müəyyən olunmuş öhdəlikləri birtərəfli qaydada yerinə yetirə bilmərik. Ermənistan da bu öhdəlikləri öz üzərinə götürməlidir”.
BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Ton Vandenhov isə bildirdi ki, BQXK itkin düşmüş şəxslər və onların ailələri ilə bağlı qanunvericiliyə yenidən baxılmasının vacib olduğuna inanır: “İtkin düşmüş şəxslərin və onların ailələrinin haqlarının müdafiə edilməsi üçün milli hakimiyyət orqanları bu qanunun əhatə dairəsinin kifayət qədər geniş olmasını təmin etməlidir. BQXK Azərbaycan hökumətini itkin düşmüş şəxslər üzrə milli qanun qəbul etməyə dəvət edir və bu məsələ üzrə birgə çalışmağa hazırdır”.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov da qeyd etdi ki, əgər Azərbaycanda itkin düşmüşlərlə bağlı qanun qəbul olunacaqsa, bu, qarşı tərəfdə də həyata keçirilməlidir: “İnanıram ki bu paralel surətdə həyata keçiriləcək”.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə dedi ki, ermənilərin 1905, 1918, 1920, 1948-1953 və 1989-cu ildən Azərbaycan xalqına qarşı başladığı təcavüzün nəticəsi olaraq böyük faciələr baş verib. Onun sözlərinə görə, 1989-cu ildən başlamış müharibə nəticəsində 20 min şəhidimiz olub: “Bu gün bizim 4 mindən çox əsir, girov, itkin düşmüş vətəndaşlarımız var” - deyən komitə sədri üzünü BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Ton Vandenhova tutaraq BQXK-nin fəaliyyətindən narazılığını da ifadə etdi. R.Aslanova dedi ki, BQXK onlara əsir düşmüş, girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızın valideynləri, yaxınları tərəfindən ünvanlanan müraciətlərə cavab vermirlər: “BQXK bu məsələ ilə əlaqədar öz işində dönüş yaratmalıdır”.
Uzun müzakirələrdən sonra Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı qanunvericiliyin yaradılması qərara alındı.
Qeyd edək ki, müzakirələrdə BQXK ilə yanaşı, Azərbaycandakı bir sıra beynəlxalq təşkilatların, o cümlədən, dövlət qurumlarının nümayəndələri və millət vəkilləri iştirak edirdilər.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

