Radikal müxalifət ekstremist qruplarla eyni cəbhədə...
21.09.2016 [10:06]
“Milli şura” və “Müsavat”ın keçirdiyi sonuncu “mitinq”lər zamanı ortaya çıxan mənzərə onu göstərdi ki, dağıdıcı müxalifət radikal-ekstremist qruplarla həmrəydir, onların fəaliyyəti Azərbaycan xalqı və dövlətinə qarşı yönəlib
Azərbaycan siyasi palitrasında dağıdıcılıq simvoluna çevrilən və faktiki olaraq autsayder qismində çıxış edən radikal müxalifət qrupları öz korporativ maraqlarını təmin etmək üçün milli mənafeyə və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd mövqedə dururlar. Xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları “himayə edən” mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Daha da dəqiq desək, radikal müxalifət qarşıdurma və dağıdıcılıq təbliğ etməklə məşğuldur.
Bu baxımdan, “Milli şura” və “Müsavat”ın keçirdiyi sonuncu “mitinq”lər bəhs olunan reallıqları növbəti dəfə aşkar etdi. “Mitinq”lər zamanı səsləndirilən fikirlər, ortaya çıxan mənzərə onu göstərdi ki, radikal müxalifət ekstremist qruplarla həmrəydir və onların fəaliyyəti Azərbaycan xalqı və dövlətinə qarşı yönəlib. “Mitinq” zamanı radikal dindarlar itaətsizlik çağırışları səsləndirdilər. Radikal “Müsəlman Birliyi Hərəkatı” adlanan ekstremist təşkilatın sədri Taleh Bağırzadə və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarları “Milli şura”nın 11 və 17 sentyabr mitinqlərinə qoşuldu, 18 sentyabrda isə “Müsavat”ın “mitinq”ində İsa Qəmbər həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etdi. Təqdim etdiyimiz fotolardan da göründüyü kimi, “mitinq” təşkilatçıları meydanı radikal ekstremistlərin hesabına doldurmaq istəyiblər.
Şübhəsiz ki, radikal düşərgədə təmsil olunan dağıdıcılar “mitinq” zamanı radikal-ekstremist qruplaşmaları dəstəkləməklə öz siyasi simalarını aşkar şəkildə ortaya qoydular. Əlbəttə, bunlar təəccüblü və təsadüfi deyil. Dağıdıcı düşərgədə yer alan antimilli ünsürlər, onların nəzarətində olan KİV-lər “Müsəlman Birliyi Hərəkatı” adlanan ekstremist təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən yol verilən cinayət tərkibli əməllərə bəraət qazandırmağa çalışıblar. Bununla da onlar Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib və ekstremistlərlə həmrəy olduqlarını açıq göstəriblər. Qeyd etdiyimiz kimi, “mitinq” zamanı radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov hazırda Nardaran hadisələrinə görə həbs olunmuş Taleh Bağırzadənin müraciətini oxuyub. T.Bağırzadə faktiki olaraq əhalini müqavimətə, itaətsizliyə, qarşıdurmaya çağırıb. Əlbəttə, “Milli şura”nın “mitinq”ində terrorda günahlandırılan, 7 nəfərin ölümünə səbəb olan şəxsin çıxışı və radikal çağırışlarının səsləndirilməsi bir çox mətləblərdən xəbər verir. Bununla yanaşı, radikal müxalifət təmsilçiləri ekstremist dini təşkilat və din pərdəsi arxasında fəaliyyət göstərərək müəyyən dairələrin dağıdıcı planlarının həyata keçirilməsinə xidmət edən ayrı-ayrı şəxslərlə xüsusi əlaqələrdə olublar. Məsələn, AXCP ilə Gülən camaatı arasında illərlə əvvəl yaranmış sıx əlaqələr bu gün də davam edir, FETÖ Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti nəzarətdən çıxarmaq niyyətindədir.
Bütövlükdə, radikal müxalifətin ekstremist təşkilatlarla eyni cəbhədə yer alaraq antixalq və antidövlət mövqeyi tutması, eləcə də dövlətə itaətsizlik çağırışlarının səsləndirilməsi Azərbaycan cəmiyyətində birmənalı şəkildə etirazla qarşılanır. Hətta sosial şəbəkələrdə insanlar açıq şəkildə buna etiraz edir, bu cür fəaliyyətin antikonstitusion xarakter daşıdığını bildirirlər. Reallıq isə bir daha bunu aşkar edir ki, dağıdıcı düşərgə təmsilçiləri öz amplualarında qalırlar və hər fürsətdə anti-Azərbaycan dairələrin siyasi aləti qismində çıxış edirlər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

