/ / Çingiz Bayramov: Konstitusiya islahatları vətəndaş cəmiyyətinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir
Çingiz Bayramov: Konstitusiya islahatları vətəndaş cəmiyyətinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir
24.09.2016 [09:54]
“Azərbaycanın sürətli inkişafı, əldə edilən çoxsaylı nailiyyətlər islahatların davamlı olmasını tələb edir. Son illərdə həyata keçirilən islahatlar, qazanılan uğurlar Azərbaycanı həm regional liderə, həm də dünya miqyasında nüfuzlu dövlətlərdən birinə çevirib. Bu səbəbdən Azərbaycan hüquqi istiqamətdə də islahatların həyata keçirilməsini, müəyyən təkmilləşdirmə işlərinin aparılmasını zəruri hesab edir. Məhz Konstitusiya islahatları da bu baxımdan mühüm əhəmiyyət daşıyır”. Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib.
Onun sözlərinə görə, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir: “26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Əminliklə söyləmək olar ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ölkəmizin inkişafının yeni mərhələsinin başlanğıcı olacaq”.
Əlavə və dəyişikliklərlə bağlı irəli sürülən təkliflərin Azərbaycanın inkişafının, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, qüdrətlənməsinə xidmət etdiyini bildirən Çingiz Bayramov əlavə edib ki, Konstitusiya islahatları vətəndaş cəmiyyətinin inkişafı baxımından da böyük əhəmiyyətə malikdir: “Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi müəyyən olunub. Məhz buna görə də vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində də davamlı islahatlar həyata keçirilir. Məhz Konstitusiya islahatları da bu istiqamətdə ardıcıl nailiyyətlərin əldə edilməsinə imkan verəcək”.
“Keçirilən görüşlər zamanı müşahidə edirik ki, vətəndaşların Konstitusiya islahatlarına münasibəti müsbətdir. İnsanlar ona görə bu məsələyə müsbət yanaşırlar ki, bu təkliflərin təşəbbüskarı ölkə Prezidenti İlham Əliyevdir. Azərbaycan vətəndaşları əmindirlər ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafına, sabitlik və rifaha xidmət edir. Mən bütün seçiciləri sentyabrın 26-da fəal olmağa və Konstitusiya dəyişikliklərinə səs verməyə çağırıram”, - deyə səlahiyyətli nümayəndə əlavə edib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

