/ / Hikmət Babaoğlu: Bu gün ABŞ və Qərbdən müsəlman şərqinə destabillik və hibrid müharibələr ixrac edilir
Hikmət Babaoğlu: Bu gün ABŞ və Qərbdən müsəlman şərqinə destabillik və hibrid müharibələr ixrac edilir
24.09.2016 [10:08]
“Qərb imperializmi bütün şəbəkəsi ilə ölkəmizə hücuma keçib”.
Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu hazırda beynəlxalq münasibətlər sistemində təkqütblü hegemoniya mövcud olduğunu söyləyib: “Ona görə də cərəyan edən hərbi-siyasi proseslər yalnız bir tərəfin maraqlarına xidmət edir. Əks qütbdə mövcud olan dövlətlər xüsusi layihələrlə ya dağıdılır, ya da öz milli maraqlarından geri çəkilməyə məcbur edilir. Milli dövlətləri dağıdan bu hərbi-siyasi layihələr və hibrid müharibə planları Qərbin islamofob və imperialist mərkəzlərində hazırlanır və həyata keçirilir. Təəssüf ki, həmin planları həyata keçirərkən Qərb imperializmi qlobal dəyərlərlə manipulyasiya edərək milli dövlətlərin insan resurslarını da vətəndaşı olduğu ölkəni dağıtmağa cəlb edə bilir. Bunun üçün tətbiq olunan strategiya isə insan hüquqları, demokratiya, dini etiqad azadlığı və bu kimi dəyərləri silaha çevirərək milli dövlətlərə qarşı istifadə etməkdir”.
Millət vəkili qeyd edib ki, uzun illədir ABŞ və Qərb müxtəlif beynəlxalq və regional təşkilatlar, insan hüquqlarını müdafiə təşkilatları adı altında imperializmə xidmət edən xüsusi şəbəkə formalaşdırıb: “Hər hansı bir ölkə imperializmin istismarçı siyasətinə azacıq etiraz etsə, dərhal həmin təşkilatlar o ölkəyə total hücuma keçir, onu insan hüquqlarını və azadlıqlarını boğmaqda ittiham edirlər. Məhz bu effektiv hərbi-siyasi strategiya sayəsində bu gün Qərb imperializmi müsəlman şərqinin klassik dövlətlərini işğal edib, onların bütün sərvətlərini talayıb. İndi isə bu istismarçı və dağıdıcı layihəni Avrasiyanın içərilərinə doğru irəlilətməyə çalışırlar. Əslində isə ABŞ və Qərbin silah kimi istifadə etdiyi dəyərlər, yəni insan hüquq və azadlıqları elə ən çox da ABŞ və Qərbdə pozulur. Dini, irqi diskriminasiyaya, ksenofobiyaya, islamofobiyaya elə ən çox Qərbdə yol verilir. Təsadüfi deyil ki, təkcə 2016-cı ildə irqi fərqlilik zəminində ABŞ-da polis tərəfindən 168 nəfər qətlə yetirilib. Onların tək günahı dərilərinin rənginin qara olmasıdır. Avropada müsəlmanlara qarşı ən qəddar cinayətlər adi hal alıb”.
H.Babaoğlu bildirib ki, Azərbaycanda milli təhlükəsizliyin daha etibarlı təminatı, inkişafın keyfiyyətcə yeni mərhələyə daşınması üçün referendum keçirilməsi planlaşdırılıb: “Bundan narahat olan Qərb imperializmi özünün struktur vahidi kimi formalaşdırdığı bütün şəbəkəsi ilə ölkəmizə qarşı hücuma keçib. Bu şəbəkəyə təlimat verdiyi radikal müxalif qruplar da daxil, çoxsaylı yerli və xarici “vətəndaş cəmiyyəti institutları”, “insan hüquqları müdafiəçiləri” aiddir. Ancaq əlbəttə ki, bu proseslərin hamısı Azərbaycan xalqının gözləri önündə baş verir və xalqımız nəyin baş verdiyini şüurlu şəkildə anlayır. Ona görə də imperialist mərkəzlərin dağıdıcı planı Azərbaycanda heç vaxt baş tutmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

