Azərbaycan ilə İran arasında əlaqələr daha da möhkəmlənəcək
05.10.2016 [10:46]
Bu fikir Milli Məclisdə İranın daxili işlər naziri ilə keçirilən görüşdə səsləndirilib
Oktyabrın 4-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinə dair geniş fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri İran nümayəndə heyətinin bu səfərinin əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib. O qeyd edib ki, Azərbaycanla İranın tarixi, dini və mədəni səviyyədə ortaq cəhətlərinin olması iki ölkə arasındakı münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə şərait yaradır. Sədr iki dost ölkə arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu deyib. Vurğulanıb ki, yüksək səviyyəli rəsmi şəxslərin, xüsusən də dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələri getdikcə gücləndirir.
Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi qənaətbəxş olsa da, hər iki ölkənin potensialına uyğun deyil. İntensiv qarşılıqlı səfərlər bu istiqamətdə də inkişafa təkan verəcək.
Görüşdə parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb. Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq hüququn normalarına hörmətlə yanaşan Azərbaycan gec-tez öz ərazi bütövlüyünü təmin edəcək. İran İslam Respublikası da hər zaman münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun şəkildə həllinin tərəfdarıdır.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkələrimiz və xalqlarımız arasında möhkəm əlaqələrin olduğunu vurğulayıb. O deyib: “Bizim müştərək tariximiz var, ortaq bağlılıqlarımız çoxdur. Bu imkanlardan istifadə edib ümumi əlaqələri daha da möhkəmlətməyə çalışmalıyıq”. Nazir vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İranla əlaqələr yüksələn xətlə inkişaf edir. Hazırda siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əməkdaşlıq davam edir, müştərək layihələr icra olunur. Bununla yanaşı, özəl sektorda da əlaqələri genişləndirmək məqsədəuyğundur.
Görüşdə regional təhlükəsizliyin təmin edilməsi barədə də söhbət aparılıb. Əbdülrza Rəhmani Fəzli bildirilib ki, həm İranda, həm də Azərbaycanda təhlükəsizlik qorunur, hər iki ölkədə sabitlik təmin olunur. İran İslam Respublikası regional təhlükəsizliyə ciddi önəm verir. Rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. İran bu istiqamətdə Azərbaycana lazımi dəstəyi verməyə hazırdır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35

