Radikal müxalifət xalq tərəfindən tamamilə baykot edilib
13.10.2016 [10:02]
...Adətən, payız yağışlarından, yaxud da qışın ilkin qarından əvvəl ölkəmizdəki radikal müxalifət düşərgəsində bir canlanma baş verir. Adlarını “müxalifət liderləri” qoyanlar ətraflarına beş-on nəfər də yığıb haradasa toplaşır, hay-küy qaldırır, təsir dairəsində olan qəzetlər üçün müxtəlif pozalarda şəkillər çəkdirirlər ki, xaricdəki himayədarları onların mövcudluqlarına inansınlar. Bəlkə, bu yolla insafa gəlib, onlar üçün qəpik-quruş ayırsınlar. Radikal müxalifət partiyalarının rəhbərləri də həmin qəpik-quruşu aldıqdan sonra “yuxuya” gedir, bir də növbəti fəsil dəyişəndə özlərinə gəlirlər. Və bu proses illərdir, rəqsi hərəkət kimi, eyni amplituda ilə təkrarlanır...
Bu baxımdan Meymun ilində də istisna olmadı. Bu il də radikal düşərgədən müxalifətin son akkordları ilə bağlı gələn xəbərlər, əvvəlki illlərdən heç nə ilə fərqlənmədi. Baxmayaraq ki, cari il ölkəmiz üçün mühüm siyasi hadisələrlə yaddaqalan və siyasi islahatlar ili oldu. Ölkədə referendum keçirildi, Əsas Qanunumuza bir sıra mühüm əlavə və dəyişikliklər edildi. Özlərini Azərbaycanın “ana müxalifət” partiyaları adlandıranlar isə yenə də çox məhdud bir dairədə və məkanda yığıldılar, azacıq qiybət qıldılar və dağıldılar. Adını da qoydular “müxalifətin möhtəşəm mitinqi”. Üst-üstə cəmi 3 dəfə “mitinq” keçirməyə müvəffəq oldular və buna “min şükür” dedilər. Uzunluğu 90, eni isə 60 metr olan bir futbol meydançasının 5400 m2-lik sahəsini doldura biləcək qədər tərəfdara malik olmayan müxalifət partiyalarından, yaxud adını “Milli şura” qoymuş qondarma qurumdan xalq nə gözləyə bilərdi ki? Əslində, heç gözləmirdi də! Çünki xalq aydın görürdü ki, “Milli şura” deyilən bu qondarma qurumda müxtəlif siyasi ideyaların daşıyıcıları - həm sağçılar, həm solçular, həm mərkəzçilər, həm liberallar, həm demokratlar, hətta bitərəflər belə cəmləşiblər. Belə anormallıq dünyanın heç bir yerində yoxdur! Bunu yalnız Azərbaycanın radikal müxalifəti edə bilərdi ki, onu da etdilər. Nəticəsi nə oldu? Farslar demişkən - “çifayda”. Axı çox məhdud bir dairədə tanınan, ölkədəki siyasi proseslərdən kənarda qalan, ictimaiyyət arasında böyük nüfuzu olmayan, yalnız anti-Azərbaycan mərkəzlərinin diktəsi ilə son illərdə zühur edərək “siyasət meydanı”na atılan Cəmil Həsənlidən necə siyasi lider ola bilərdi ki? Onun elektoratı kimlər olacaq - sağlarmı, sollarmı, mərkəzçilərmi, liberallarmı, demokratlarmı, bitərəflərmi? Axı bu Cəmil Həsənli özü də yaxşı bilirdi ki, onun missiyası, sadəcə, radikal müxalifətin, eləcə də onların xaricdəki havadarlarının - anti-Azərbaycan mərkəzlərinin çaldığı zurnanın havasına oynamaqdan başqa bir şey deyil! Əslində, radikal düşərgənin digər təmsilçiləri də ondan artıq deyillər axı!? Bunu sentyabr mitinqləri bir daha isbatlamış oldu. “Mitinq”lərdə bir daha sübut olundu ki, radikalları xalq arasında dəstəkləyən yoxdur - ətraflarına topladıqları on-iyirmi nəfər də elə yaxın qohumlarıdır. Axı xalq həmin İsa Qəmbəri də, Əli Kərimlini də bir dəfə hakimiyyətdə görüb. Onların hakimiyyətinin Azərbaycanı hansı fəlakətlərə sürüklədiyini, ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardığını görüb! Axı bu adamların siyasi fəaliyyətləri çox da uzaq illəri əhatə etmir? Bunlar ki müasir Azərbaycan tarixinin çox da uzaq olmayan dövrünü əhatə edir! Bəs onda xarici havadarları tərəfindən Azərbaycanın siyasi səhnəsinə buraxılmış antimilli ünsürlərin referendum öncəsi etdikləri canfəşanlıq nə üçün idi? Özlərini kimə isbatlamağa çalışırdılar? Xalqamı? Çətin ki, xalq bir daha belə yarımçıq siyasətçiləri dəstəkləyə! Xaricdəki havadarlarınamı, anti-Azərbaycan mərkəzlərinəmi? Sentyabr mitinqlərindən öncə radikallar bir sıra Qərb dövlətlərinin Bakıdakı diplomatik nümayəndəliklərində “qəbullarda” olmuşdular, müvafiq təlimatlar almışdılar. Heç şübhə yoxdur ki, həmin təlimatlanmalar həm də ciddi maliyyə yardımları ilə müşayiət olunmuşdu. Amma əcnəbilər unudurdular ki, xalq artıq çoxdan radikallardan üz döndərib. Əslində, elə radikallar da himayədarlarından həmin maliyyə vəsaitlərini “dalı gün” üçün almışdılar. Bilirdilər ki, havaların soyuması ilə uzun bir müddətə “qış yuxusuna” gedəcəklər. Bəlkə, həmin pullar hesabına yazadək özlərini və ətraflarına cəmlədikləri qohum-əqrəbalarını birtəhər təmin edə bildilər.
Amma bir həqiqəti unudacaqlar ki, siyasi lider öz gücünü və qüvvətini xarici qüvvələrdən, hansısa əmilər və dayılardan deyil, öz xalqından almalıdır.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30

