Azərbaycanın Baş naziri pakistanlı həmkarı ilə görüşüb
15.10.2016 [10:59]
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə oktyabrın 14-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Artur Rasizadə Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə geniş əlaqələrin mövcud olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər mükəmməl hüquqi bazanın formalaşdığını qeyd edib. O, qarşılıqlı münasibətlərin müxtəlif sahələrdə olduğu kimi, siyasi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, qarşılıqlı səfərlərin təşkil olunması əlaqələrimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Baş naziri respublikamızın sosial-iqtisadi inkişafında mühüm rol oynayan prioritet istiqamətlərdən, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlardan da danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Artur Rasizadə bildirib ki, Pakistan hökuməti hər zaman Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib. O, Pakistan Senatının Xocalı qırğınını soyqırımı kimi tanımasının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu, bu günədək bir çox sahələri əhatə edən sənədlərin imzalandığını qeyd edib. O, gələcəkdə də iqtisadiyyat, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

