Azərbaycan Milli Məclisinin deputatı Avronest PA profil komitəsinin həmsədri seçilib
02.11.2016 [09:58]
Ukrayna paytaxtında Avronest Parlament Assambleyasının (PA) siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə iclasları keçirilir. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı da iştirak edir.
Tədbirin ilk günündə, Avronest PA Ukrayna Ali Radasında işə başlamazdan əvvəl iştirakçılar bu ölkənin Xarici İşlər Nazirliyində olublar.
Oktyabrın 31-də parlamentin konfrans zalında Ukrayna Ali Radası sədrinin birinci müavini İrina Geraşşenko giriş sözü ilə iclas iştirakçılarına müraciət edib.
Sonra Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin bu il martın 21-də Brüsseldə keçirilmiş iclaslarının protokolları təsdiq edilib. Daha sonra Avropa İttifaqına üzv və Şərqi Avropanın tərəfdaş ölkələrindəki vəziyyət və həmin ölkələrdə kütləvi informasiya vasitələrinin azadlığı, müstəqilliyi və obyektivliyi barədə fikir mübadiləsi aparılıb.
Avronest PA-nın şərq komponentindən sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin həmsədri seçilib. Avronest PA-nın bu mühüm profil strukturunun həmsədri vəzifəsinə Azərbaycan Milli Məslisinin deputatı Məlahət İbrahimqızı seçilib.
Avropa deputatları və Ukrayna parlamentinin üzvləri M.İbrahimqızını bu təyinat münasibətilə təbrik edib və bu vəzifədə ona uğurlar arzulayıblar.
Məlahət İbrahimqızı AZƏRTAC-a müsahibəsində bu təyinatı özünün şəxsi uğuru kimi deyil, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan parlamentarizminin Avropa siyasəti məsələlərinin həllində, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində xidmətlərinin nəticəsi kimi qiymətləndirdiyini vurğulayıb. O qeyd edib ki, bu gün regionda heç bir məsələ rəsmi Bakının rəyi nəzərə alınmadan həll edilmir. Deputat daha sonra vurğulayıb ki, Azərbaycan regionun ən nüfuzlu aktoru kimi iri siyasi, enerji və nəqliyyat layihələrini reallaşdırır.
Qeyd etmək lazımdır ki, Azərbaycan parlamentariləri bu iclaslardakı çıxışlarında, həmkarları ilə söhbətlərində, xarici jurnalistlərə verdikləri müsahibələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə həqiqətləri çatdırıblar.
Noyabrın 1-də Avronest PA siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclası öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

