Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsi yolverilməzdir
07.12.2016 [09:38]
Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş tarixi torpaqlarında qeyri-qanuni məskunlaşma aparmaqla beynəlxalq hüquq normalarını pozmaqda davam edir
Suriyada cərəyan edən hərbi-siyasi kataklizmlər, dağıdıcı olaylar bir sıra əlavə problemlərə səbəb olub. Bu sırada kütləvi miqrasiya problemi ayrıca yer tutur. Mövcud problemlərlə əlaqədar olaraq bu ölkəni tərk edənlərin sayı artmaqdadır. Bütün bunlarla yanaşı, son zamanlar Suriyada yaşayan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa köçürülməsi məsələsi də müzakirə edilir. Artıq bəzi transmilli media qurumlarının hazırladıqları reportajlarda Suriyada müharibədən qaçaraq Ermənistana gələn 15 mindən artıq Suriya ermənisinin Ermənistanın bəzi şəhərlərində, habelə işğal altında olan Azərbaycan ərazilərində yerləşdirildiyi bildirilir. Əlbəttə, bu, yeni proses deyil və ermənilərin Azərbaycana məxsus olan ərazilərdə yerləşdirilməsi siyasətinin davamı kimi çıxış edir.
Bəlli olduğu kimi, bir müddət öncə Daşnaksutyun Partiyasının Dağlıq Qarabağdakı ofisində Suriya ermənilərinin problemləri ilə bağlı xüsusi komitə yaradılıb. Zaman-zaman keçirilən müxtəlif toplantılarda Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi müzakirə olunub. Həmçinin ermənilərin işğal etdikləri Qubadlı, Zəngilan və Laçın rayonunun bir hissəsində yaratdıqları “Kaşataq” adlı qondarma rayonun rəhbəri Suren Xaçatryan dəfələrlə guya Suriya ermənilərindən bu əraziyə köçmək barədə müraciət aldığını deyib. Ermənistan KİV-i isə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəsmi”lərinə istinadən zaman-zaman xəbər yayır ki, Suriyadan olan erməni qaçqınları qəbul edib Qarabağda yerləşdirmək üçün münbit şərait mövcuddur...
Əlbəttə, bütün bu proseslər və açıqlamalar suriyalı ermənilərin aldadılaraq “insansız məkan” olan Dağlıq Qarabağa köçürülməsi məqsədinə xidmət edir. Başqa sözlə, Suriyada məskunlaşmış ermənilər müxtəlif vədlərlə aldadılır və demoqrafik məqsədlərlə sözügedən immiqrasiya prosesinin elementinə çevrilirlər.
Məlum olduğu kimi, SSRİ dövründə ermənilərin əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağa köçürülməsi müxtəlif vədlər üzərində qurulurdu. Amma köç prosesi başa çatandan sonra söylənilənlərin, sadəcə, vəd olduğu və siyasi xarakterli demoqrafik məqsədlərə xidmət etdiyi məlum olurdu.
Bu gün isə işsizlik, səfalət, miqrasiya dalğası, terrorizm kimi problemlərin məngənəsində “can verən” Ermənistana belə bir miqrasiyanın baş tutması suriyalı ermənilər üçün, həqiqətən, fəlakət mənbəyidir. Xüsusilə də suriyalı ermənilərin heç bir erməninin yaşamaq istəmədiyi Dağlıq Qarabağda yerləşdirilməsi planı bu prosesin və niyyətin əsasında hansı motivlərin, maraqların durduğunu sübut edir. Digər tərəfdən, Ermənistanın özü kütləvi miqrasiya dalğasından, iqtisadi tənəzzüldən, sosial kataklizmlərdən əziyyət çəkir. Belə olan halda, suriyalı ermənilərin Dağlıq Qarabağa miqrasiyasında ermənilər üçün hansı müsbət nüans ola bilər?
Qeyd etdiyimiz kimi, işğalçı Ermənistan zatən miqrasiya dalğası ilə qarşı-qarşıyadır və bu, milli tənəzzülü şərtləndirən destruktiv faktor kimi çıxış edir. Bu ölkədəki miqrasiya dinamikası miqrasiya problemi ilə bağlı qəbul edilmiş dünya standartlarını alt-üst edir. Bunun üçün dünya miqyasındakı miqrasiya dinamikası ilə son 20 ildə Ermənistandan olan miqrasiyanın dinamikasının müqayisəsinə nəzər yetirmək lazımdır. Bu ölkəyə aid mənbələrdə qeyd edilir ki, əgər 2005-2006-cı illərdə dünya üzrə miqrasiya dünya əhalisinin 3 faizini təşkil edibsə, son 20 ildə Ermənistanı 1 milyondan çox adam tərk edib. Bu isə o deməkdir ki, Ermənistandan miqrasiya edənlər orta dünya göstəricisindən 20 dəfə çoxdur.
Bütövlükdə, Ermənistan hökumətinin dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməsi beynəlxalq humanitar hüququn tələblərinin kobud şəkildə pozulmasıdır. Təsadüfi deyil ki, rəsmi Bakı Suriyadakı ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinin qanunsuz olması məsələsini ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar qarşısında dəfələrlə qaldırıb. Bəyan edilib ki, Azərbaycanın işğal olunmuş tarixi torpaqlarında qeyri-qanuni məskunlaşmanın aparılması yolverilməzdir. Belə olan halda, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu loyal münasibət göstərməməli, Ermənistanın beynəlxalq hüquq normalarına zidd olan bu addımlarına qarşı adekvat tədbirlər görməlidirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33

