Bu gün İranda növbəti prezident seçkiləri keçirilir
12.06.2009 [08:50]
Bu gün İran İslam Respublikasında növbəti prezident seçkiləri keçirilir. Məlum olduğu kimi, seçkilərdə 4 namizəd mübarizə aparır. Konstitusiyanın Mühafizə Şurasının qərarına əsasən, namizəd kimi qeydə alınan hazırkı prezident Mahmud Əhmədinejad, keçmiş baş nazir Mirhüseyn Musəvi, İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi təbliğat üçün ayrılan vaxtdan səmərəli istifadə ediblər. Xarici müşahidəçilər iranlı seçicilərin bu seçkilərə xüsusi maraq göstərdiyini deyirlər. Bu da səbəbsiz deyil. İran İslam Respublikasının tarixində bu ilk seçkilərdir ki, namizədlər mübarizədə televiziya debatları formatından istifadə ediblər. Həmin debatlar zamanı namizədlər tərəfindən səslənən fikirlər sadə seçicinin prosesə marağını daha da artırıb. Buna görə də, bu gün İranda seçici fəallığının görünməmiş həddə olacağı ehtimal edilir. Xarici mətbuatın məlumatlarına əsasən, seçicilərin 89 faizi səsvermədə iştirak etməyə hazırdır. Əksər ekspertlərin qənaətinə görə, bu seçkini maraqlı edən digər məqam namizədlərin müxtəlif spektrləri əhatə etməsi ilə bağlıdır. Məsələn, Mehdi Kərrubinin Loristanın bölgəsi də daxil olmaqla müəyyən bir elektorata malik olduğu deyilir. İran İnqilab Keşikçiləri Korpusunun keçmiş baş komandanı Möhsün Rzayi isə Xuzistanda yaşayan etnik bəxtiyarilərdəndir.
Hazırki prezident Mahmud Əhmədinejada gəlincə, tərəfdarları onun ölkənin əksər kəsimləri tərəfindən dəstəkləndiyini bildirirlər. Qeyd olunur ki, Əhmədinejadın Qərb, xüsusilə də Birləşmiş Ştatların təzyiqləri qarşısında geri çəkilməməsi onun mühafizəkarlar arasındakı nüfuzunu daha da artırıb. Eyni zamanda, ölkədə əsas söz sahibi olan din xadimlərinin də indiki prezidenti dəstəklədikləri söylənilir. Lakin bu seçkilərdə Mahmud Əhmədinejada əsas rəqib sayılan Mirhüseyn Musəvi həmin fikirlərlə razılaşmır. Məlumat üçün deyək ki, islahatçı qanadın təmsilçisi Musəvi dini rəhbər Xamneyi ilə eyni şəhərdəndir. İraqla 8 illik müharibə zamanı Musəvi baş nazir olub. Daha sonra o, 16 il prezidentin ali müşaviri (8 il Haşimi Rəfsəncaninin, 8 il isə Məhəmməd Xatəminin) olub. Xarici ekspertlərin ehtimallarına görə, seçkinin birinci turunda qalibin adını müəyyənləşdirmək mümkün olmayacaq. Və indiki prezident Mahmud Əhmədinejadla keçmiş baş nazir Mirhüseyn Musəvi ikinci turda mübarizəni davam etdirəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

