Azərbaycan-İran parlamentlərarası əlaqələri inkişaf edir
18.01.2017 [10:05]
Yanvarın 17-də Milli Məclisdə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, İşçi qrupun üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İran-Azərbaycan əlaqələrindən danışıb. O, parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayaraq dostluq qruplarının bu məsələdə rolunu qeyd edib. Eldar İbrahimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasındakı dostluq əlaqələri ölkələrimizin münasibətlərini daha da möhkəmləndirir.
Azərbaycanda hər il mötəbər tədbirlərin, idman yarışlarının keçirildiyini deyən E.İbrahimov nəzərə çatdırıb ki, bu il ölkəmiz növbəti nüfuzlu beynəlxalq yarışa - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini xatırladan komitə sədri 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” olduğunu söyləyib.
Komitə sədri İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb.
İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi İranın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. O, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyini bildirib. Salman Xodadadi son illərdə iki ölkənin iqtisadi əlaqələrinin inkişafında irəliləyişlər əldə edildiyini, ticarət dövriyyəsinin həcminin artdığını qeyd edib. Bildirib ki, İran ilə Azərbaycan arasında münasibətlərin dərinliyini nəzərə alsaq, ticarət dövriyyəsini daha da artırmaq olar. İran-Azərbaycan parlamentlərarası dostluq qrupu iqtisadi əməkdaşlığın inkişafı üçün əlindən gələni etməyə hazırdır. Dostluq qrupunun sədri iki ölkə arasında həyata keçirilən müştərək iqtisadi layihələrin önəmindən də bəhs edib.
Salman Xodadadi Azərbaycan Prezidenti İlham Əliyevin İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar verdiyi başsağlığına və dəfn mərasimində nümayəndə heyətinin iştirakına görə İran rəsmiləri və xalqı adından təşəkkürünü bildirib. O, ölkəmizdə gedən sürətli inkişafdan, hər səfərləri zamanı Bakıda şahid olduqları dəyişikliklərdən məmnunluqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

