Əhməd Bin Hazim: Azərbaycan Prezidentinin İslam həmrəyliyi barədə təşəbbüsü çox əhəmiyyətlidir
24.01.2017 [10:05]
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü, zənnimcə, çox əhəmiyyətlidir və özündə son dərəcə mühüm olan çoxsaylı təşəbbüsləri ehtiva edir. İslam dünyasının belə ideyaya ehtiyacı var, çünki bu gün o, çətin durumdadır, ciddi siyasi, iqtisadi və ictimai təhdidlərlə üzləşib və bu təhdidləri birlikdə dəf etmək lazımdır. Bu sözləri Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) tanınmış ictimai xadimi, hüquqşünas, Dubay məhkəmələrinin sabiq baş direktoru, Dubay Əmiri Dəftərxanasının baş direktorunun sabiq müavini və “BSA Ahmad Bin Hezeem & Associates LLP” iri hüquq şirkətinin başçısı Əhməd Bin Hazim AZƏRTAC-a müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, nəcib məqsədləri, sabitlik, sülh və əməkdaşlıq ideyalarını əks etdirən bu təşəbbüs diqqəti fikir ayrılıqlarına son qoymaq və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üzərində cəmləşdirmək zərurətinə cəlb edir və həmrəyliyin bərqərar edilməsinə can atır. Ə.B.Hazim deyib: “Təbii ki, belə bir ideya həmişə sülh, təhlükəsizlik və əməkdaşlıq uğrunda çıxış edən lideri olan və sülhpərvər dövlət kimi tanınan bir ölkə tərəfindən irəli sürülüb. Strateji cəhətdən çox əlverişli mövqedə yerləşən Azərbaycan müsəlman ölkələri ilə digər dünya ölkələri arasında körpüdür. Bu addım bütün dünyada Azərbaycanın nüfuzunu möhkəmləndirəcək. Bununla yanaşı, biz bilirik ki, bu ölkədə müxtəlif millətlərin, mədəniyyətlərin və konfessiyaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Beləliklə, Azərbaycan dinc yanaşı yaşama, tolerantlıq və multikulturalizm modelidir və bu ənənə bütün cəmiyyətin maraqlarına cavab verir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox faydalıdır”.
Əhməd Bin Hazim ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunaraq qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmrlikləri arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətləri yaranıb. O deyib: “Biz, Ərəb Əmirliklərinin vətəndaşları İslam dünyasının bir hissəsi olan Azərbaycanla möhkəm münasibətlər ilə çox fəxr edirik, ikitərəfli əməkdaşlığa böyük qiymət veririk. Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-nin Prezidenti, əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyan başda olmaqla, BƏƏ-nin bütün əmirləri ilə dostluq münasibətləri çox yüksək səviyyədədir. Prezident İlham Əliyev ilə BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum arasında xüsusi dostluq münasibətləri var. Bütün istiqamətlərdə - siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə, habelə turizm sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək üçün münasibətlərin yüksək səviyyədə olması böyük əhəmiyyət daşıyır. Əmrliklərdən Azərbaycana turist axınının çoxaldığını xüsusi vurğulamaq istəyirəm. Orada olan turistlər Azərbaycan xalqının qonaqpərvərliyindən və səxavətindən heyranlıqla danışırlar. Azərbaycan xalqı ilə bizi dərin mədəni və dini köklər bağlayır. Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadənin fəaliyyətini xüsusi vurğulamaq istərdim. O, iki ölkənin və xalqın yaxınlaşmasına kömək edir və cəmiyyətin Azərbaycan gerçəklikləri barədə məlumatlandırılmasında mühüm rol oynayır”.
Əhməd Bin Hazim Dubay məhkəmələrinin nümayəndə heyətinin başçısı kimi Azərbaycana rəsmi səfərindən də danışaraq bildirib ki, burada Azərbaycanın ədliyyə naziri, Ali Məhkəmənin sədri, baş prokuror ilə görüşlər keçirib. Bakıya və Qəbələyə səfərindən razı qaldığını diqqətə çatdıran A.B.Hazim bildirib ki, Bakının dünyanın ən məşhur şəhərləri ilə müqayisə edilə biləcək gözəl və müasir şəhər olması onu yaxşı mənada təəccübləndirib. O deyib: “Azərbaycanda tikinti bumu müşahidə olunur, turizm obyektləri və digər irimiqyaslı layihələr həyata keçirilir. Qəbələ qış kurortları olan gözəl şəhərdir. Onu Avropanın çox inkişaf etmiş qış kurortları ilə müqayisə etmək olar”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

