Vüqar Rəhimzadə: Bu təyinat müstəqil Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcək
22.02.2017 [09:59]
“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi son dövrlər ölkəmizdə həyata keçirilən uğurlu islahatların məntiqi davamıdır. Hesab edirəm ki, bu təyinat müstəqil Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcək”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib. Onun sözlərinə görə, Mehriban xanım Əliyeva Azərbaycanda, eyni zamanda, beynəlxalq aləmdə nüfuzlu şəxsiyyət kimi tanınır: “Mehriban xanım Əliyeva uzun illərdir ki, Heydər Əliyev Fonduna rəhbərlik edir. Fondun uğurlu fəaliyyəti, həyata keçirdiyi böyük layihələr bilavasitə onun adı ilə bağlıdır. Mehriban xanım Əliyeva Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Sədr müavinidir. Mehriban xanım Əliyeva 2005-ci ildən etibarən Milli Məclisin deputatı kimi daim seçicilərlə görüşür, onları narahat edən problemlərlə maraqlanır və həllinə nail olur. Bununla yanaşı, Mehriban xanım Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi daim ölkəmizin beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığının daha da möhkəmlənməsinə öz töhfəsini verib. Bütün bu məqamlar onun çoxşaxəli, yorulmaz və səmərəli fəaliyyətinin bir hissəsidir”.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var: “Ölkəmiz indiyə kimi mühüm beynəlxalq tədbirlərə, həmçinin idman yarışlarına ev sahibliyi edib. Bu sırada 2012-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsini və 2015-ci ildə baş tutan birinci Avropa Oyunlarını xüsusi olaraq vurğulamaq lazımdır. Hər iki tədbirin Təşkilat Komitəsinin sədri məhz Mehriban xanım Əliyeva olub. Onun mükəmməl təşkilatçılıq qabiliyyəti nəticəsində paytaxtımızda bu mühüm tədbirlər yüksək səviyyədə keçirilib və Azərbaycanın dünya miqyasında getdikcə artan müsbət imicinə daha bir rəng qatıb. Təsadüfi deyil ki, bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban xanım Əliyevaya tapşırılıb”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Mehriban xanım Əliyeva yüksək intellektual səviyyəli, təcrübəli təşkilatçı olmaqla yanaşı, xeyirxah, humanist insandır: “Biz bir neçə dəfə onun Milli Məclisdə Amnistiya Aktının qəbul olunması təşəbbüsü ilə çıxış etməsinin şahidi olmuşuq. Nəticədə minlərlə insan qəbul olunmuş Amnistiya aktlarından yararlanaraq azadlığa qovuşub, neçə-neçə ailə böyük sevinc hissi yaşayıb. Hesab edirəm ki, xalqımızın Mehriban xanım Əliyevaya olan böyük sevgisi də məhz onun belə xeyirxah əməllərindən qaynaqlanır. Mehriban xanım Əliyevanın dövlətimizin ən ali mükafatı - “Heydər Əliyev” ordeninə layiq görülməsi isə onun əməyinə verilən ən yüksək qiymətdir. Şübhəsiz, Mehriban xanım Əliyeva bundan sonra Azərbaycanın Birinci vitse-prezidenti kimi ölkəmizin gələcək inkişafına öz layiqli töhfələrini verəcək. Ona çətin və şərəfli işində uğurlar arzulayırıq”.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

