Babək Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilib
07.03.2017 [11:26]
Martın 6-da Babək Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsib.
Tədbirdə çıxış edən Babək rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov deyib ki, muxtar respublikada aparılan quruculuq işləri Babək rayonunu da əhatə edib. 2016-cı ildə Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi və Nehrəm kəndində yeni məscid binası istifadəyə verilib, Xəlilli, Məzrə, Hacıvar və Yarımca kəndlərində kompleks quruculuq işləri aparılıb, Kültəpə və Kərimbəyli kəndlərində yeni suvarma şəbəkəsinin açılışı olub. Hazırda Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Şıxmahmud, Xəlilli və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin, Badaşqan kəndində isə içməli su sisteminin tikintisi davam etdirilir. Son illər Babək qəsəbəsində idarə, müəssisə və təşkilatlar üçün yeni inzibati binalar tikilib istifadəyə verilib. Babək Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması da aparılan quruculuq işlərinin daha bir ifadəsidir. Rasim Hüseynov Babək rayonunun inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə rayon əhalisi adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Babək rayonu 1978-ci ildə - xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə yaradılmışdır. Həmin dövrdə Naxçıvan rayonunun tərkibində olan bu ərazilərin idarə olunmasında və inkişafında çətinliklər vardı. Bu da yeni rayonun yaradılmasını zəruri edirdi. Babək rayonu yarandıqdan sonra bu ərazilərdə idarəetmə formalaşdı, kənd təsərrüfatı inkişaf etdirildi, rayon uğurlu inkişaf yolu keçdi. Bu gün Babək ölkəmizin, eləcə də muxtar respublikanın inkişaf edən rayonlarındandır”.
Ali Məclisin Sədri Babək rayonunun inkişafında əməyi olanlara təşəkkürünü bildirib.
Ali Məclisin Sədri deyib: “Babək Rayon İcra Hakimiyyətinin əvvəlki binası işçilərin yerləşməsi və idarəetmənin təşkili baxımından tələblərə cavab vermirdi. Ona görə də binada yenidənqurma işləri aparılaraq əlavə bir mərtəbə artırıldı, 38 müasir iş otağı yaradılaraq kollektivin istifadəsinə verildi. Bu gün Babək Rayon İcra Hakimiyyətinin qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri də müasir binalarda yerləşir. Müasir şərait isə yaxşı işin əsasını təşkil edir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə edərək əhaliyə nümunəvi xidmət göstərməli, vətəndaşların müraciətləri yerində və vaxtında həll olunmalı, tikilənlər, qurulanlar qorunub saxlanmalıdır”.
Ali Məclisin Sədri kollektivin Babək rayonunun inkişafı sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib, binada yaradılan şəraitlə tanış olub.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

