ÜAK prezidenti: Rusiya Ədliyyə Nazirliyinin məqsədi təşkilatın qeydiyyatını ləğv etdirmək idi
17.05.2017 [10:25]
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov təşkilatın ləğvi ilə bağlı bəyanatla çıxış edib.
APA-ya daxil olan bəyanatda bildirilir ki, Rusiyanın bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb: “16 ilik fəaliyyəti ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası anlaşmanın möhkəmlənməsində, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafı və dərinləşməsində böyük rol oynayıb. Lakin qeyd etmək lazımdır ki, ötən illər təşkilatın fəaliyyətində tələb olunan sənədlərin qeydə alınması və baxılması sahəsində yanlışlıqlara yol verilib, Rusiya Ədliyyə Nazirliyinin məktubuna operativ reaksiya verilməyib, Mərkəzi Şuranın iclaslarının keçirilməsi üçün verilən müddətlə bağlı tələbə riayət edilməyib və digər texniki səhvlər buraxılıb. Bununla yanaşı, regional toplantılarda nöqsanlara yol verilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən əsasız ittihamlar irəli sürülüb. Bu iradlar hətta əsaslı olsa belə, həmin nöqsanlar iclaslarda yetərsay məsələsinə və qəbul olunan qərarların legitimliyinə təsir etməyib. Üstəlik, həmin nöqsanlar təşkilatın mərkəzi orqanına aid edilə bilməz”.
Bəyanatda deyilir ki, Ədliyyə Nazirliyi bu iradların hüquqi əsasının olmaması ilə bağlı bütün yazılı dəlilləri qəbul etməkdən imtina edib: “Bütün bunlar onu sübut edir ki, nazirliyin əsas məqsədi təşkilata səhvlərini düzəltməkdə, sənədləşmənin düzgün aparılmasında kömək etmək yox, Rusiya xalqının ayılmaz hissəsi olan diaspor təşkilatını ləğv etmək olub. Bu isə yolverilməzdir. Bütün ittihamlar, əsaslı və əsassız olmasından asılı olmayaraq, tam texniki xarakter daşıyır və təşkilatın fundamental vəzifələri ilə əlaqəsi yoxdur”.
F.Qurbanov qeyd edib ki, bu gün iki ölkə prezidenti arasında dostluq münasibətləri və əlaqələrin səviyyəsi bütün problemləri həll etməyə imkan verir: “Ali Məhkəmənin qərarı uzağagedən nəticələrə səbəb ola bilər. Mən regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək sakitliyi qorumağa və ekstremist qüvvələrin təxribatlarına uymamağa çağırıram. Biz Ali Məhkəmənin qərarını qəbul etmirik və ümid edirik ki, Rusiyanın Ali Məhkəmə instansiyaları bizim əsaslandırma və narahatlıqlarımızı anlayışla qarşılayacaq. Mən ölkənin siyasi rəhbərliyindən və şəxsən Vladimir Putindən xahiş edirəm ki, baş vermiş hadisəyə diqqətlə yanaşsın”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

