Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

19.05.2017 [09:59]

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanda səfir kimi fəaliyyətə başlaması münasibətilə Erkan Özoralı təbrik edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrinin xalqlarımızın eyni kökə və tarixinə əsaslandığını bildirib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il mayın 28-də Naxçıvan və Türkiyə arasında körpünün açıldığını və ötən dövrdə əlaqələrin inkişaf etdiyini xatırladan Ali Məclisin Sədri Naxçıvanın muxtariyyət statusu qazanmasında və ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə Türkiyənin rolundan danışıb. Ali Məclisin Sədri Naxçıvanla Türkiyə arasında müasir gömrük-keçid kompleksinin və ikinci körpünün tikintisini, Bakı-Tbilisi-Qars dəmir yolunun və digər layihələrin həyata keçirilməsini ikitərəfli münasibətlərin gələcək inkişafına, eləcə də xalqlarımız arasındakı birliyin daha da möhkəmlənməsinə hesablandığını vurğulayıb.
Naxçıvanın Türkiyənin türk dünyasına və türk dünyasının da Türkiyəyə açılan qapısı olduğuna diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublikanın ölkələrimiz arasındakı əlaqələrin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib.
Erkan Özoral göstərilən diqqətə və xoş münasibətə görə minnətdarlıq edib, qardaş ölkədə fəaliyyət göstərməyin onun üçün şərəf olduğunu vurğulayıb. Mühüm strateji mövqeyə malik olan Naxçıvanın Türkiyə və Azərbaycan əlaqələrinin inkişafındakı əhəmiyyətindən danışan səfir diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsinə çalışacağını bildirib.
Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak edib.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31