/ / Dünya xəbər agentliklərinin Sankt-Peterburq sammitində yalan xəbərlərlə mübarizə yolları müzakirə olunub
Dünya xəbər agentliklərinin Sankt-Peterburq sammitində yalan xəbərlərlə mübarizə yolları müzakirə olunub
03.06.2017 [10:33]
İyunun 2-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin “Yalan, ya doğru informasiya: müasir informasiya dünyasına çağırış” mövzusunda sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS agentliyi tərəfindən təşkil olunan sammitdə Associated Press, Reuters, Press Association, Anadolu, Bloomberg, ANSA, DPA, Sinxua, İRNA, Kyodo, Yonhap, France-Presse və digər agentliklərin rəhbərləri və nümayəndələri müzakirələr aparıblar. Azərbaycandan bu sammitdə AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iştirak edib.
TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və İtaliyanın ANSA agentliyinin baş direktoru Cüzeppe Çerbonenin moderatorluğu ilə keçən tədbirdə müasir texnologiyaların inkişafı fonunda yalan xəbərlərin qarşısının alınması, onların jurnalistika üçün ciddi problemlər yaratması, belə informasiyalardan qorunmaq yolları ilə bağlı çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Yaponiyanın Kyodo agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru Kakuya Oqata, Associated Press agentliyinin beynəlxalq xəbərlər üzrə vitse-prezidenti İen Filips çıxışlarında əvvəlki dövrlərlə müqayisədə hazırda sosial şəbəkələr vasitəsilə “feyk” məlumatların daha sürətlə yayıldığını və qısa vaxt ərzində böyük auditoriya əldə etdiyini vurğulayıblar. Bildirilib ki, yalan xəbərlərin qarşısının alınması üçün mexanizmlərin yaradılmasına böyük ehtiyac var.
Diqqətə çatdırılıb ki, “feyk” informasiya ilə elə “feyk” xəbərlər vasitəsilə mübarizə aparmaq olmaz. Əsas diqqəti jurnalist resurslarından və sağlam jurnalistika ənənələrindən istifadə edərək həqiqətə yönəltmək lazımdır.
Natiqlər, həmçinin bildiriblər ki, təhsilin səviyyəsini yüksəltməklə, insanlara xəbərlərin necə yaranması mexanizmlərini öyrətməklə yalan xəbərlərə inananların sayını azaltmaq, “feyk” məlumatların yayılmasının qarşısını almaq olar. Jurnalistlər daim mübarizə aparmalı, yalanı məhv etmək üçün məhz həqiqəti aşkar edib göstərməlidirlər. Cəmiyyətdə mediaya etibarın azaldığını qeyd edən ekspertlər bunun əsasən həqiqətin yayılmasına çətinliklər yaratdığını önə çəkiblər. Buna görə də etibarlı mənbə statusunu qoruyub saxlamaq üçün agentliklər öz kollektivlərində əməkdaşların hazırlıqlı olmasına diqqət ayırmalı, onların peşəkarlığını artırmalıdırlar.
Sammitdə xüsusi vurğulanıb ki, agentliklər informasiya yayarkən diqqətli olmalı, illərlə qazanılan imiclərini risk altına atmamalıdırlar. “Feyk” xəbərlər problemi xüsusilə agentliklər üçün böyük çağırışdır, çünki məhz bu media qurumları gündəlik olaraq xəbərlə işləyir, informasiya istehsal edir və yayır.
Forum çərçivəsində sammit işini müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

