Heydər Əliyev Fondunun nümayəndələri Qarabağ bölgəsində sakinlərlə görüşüblər
10.06.2017 [10:26]
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) Yuxarı Qarabağ regional mərkəzi yaradılıb.
AZƏRTAC xəbər verir ki, Regional Mərkəzin Tərtərdə keçirilən iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ictimai birliyin yaranma zərurəti və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yaradılan və 2016-cı ilin mart ayından fəaliyyətə başlayan Regional İnkişaf İctimai Birliyi ölkənin sosial-iqtisadi və mədəni inkişafına dəstək verən layihələr həyata keçirir, təşkilatın nümayəndələri kənd və qəsəbələrdə əhali ilə görüşərək bölgələrdə müxtəlif sahələrdə mövcud olan problemləri birbaşa mənbədən öyrənir, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq, dialoq şəraitində həlli üzrə fəaliyyət göstərir. RİİB-in başlıca vəzifəsinin regionlarda ictimai nəzarəti həyata keçirmək olduğunu deyən Anar Ələkbərov təşkilatın işinin hazırda bütün dövlət strukturları tərəfindən dəstəkləndiyini də qeyd edib. Onun sözlərinə görə, müxtəlif qurumlar RİİB-in səlahiyyətləri və vəzifələri barədə ətraflı məlumatlıdır, vətəndaşlardan daxil olan müraciətlərin həlli üzrə ictimai birliklə əməkdaşlıq edirlər.
Anar Ələkbərov RİİB-in bu günədək reallaşan layihələrində gənclərin fəal olduğunu diqqətə çatdıraraq, Tərtər rayonunun gənclərini də ictimai birliyin fəaliyyətinə qoşulmağa, hər kəsi həlli vacib məsələlər barədə məlumatları, rayon üçün əhəmiyyətli olan təşəbbüsləri RİİB-ə yönləndirməyə çağırıb.
Ötən müddət ərzində görülən işlər barədə məlumat verən ictimai birliyin sədri Məhəmməd Abdullayev bu günədək RİİB-in Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala və Gəncə-Qazax regionlarında nümayəndəliklərinin yaradıldığını qeyd edib. Təşkilatın Yuxarı Qarabağ regionu üzrə fəaliyyəti Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını əhatə edəcək, RİİB nümayəndələri isə Tərtər şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcəklər.
Qeyd olunub ki, fəaliyyətə başladığı gündən ictimai birliyə regionlardan 2 mindən çox müraciət daxil olub və onların əksəriyyəti öz həllini tapıb.
Müraciətlərlə bağlı zəruri məlumatların toplanması, eləcə də RİİB-in regionlarda həyata keçirdiyi layihələrə dəstəyin göstərilməsində könüllülərin rolu böyükdür. Hazırda RİİB-in bölgələrdə 200-dən çox fəal könüllüsü var.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov rayonlarda vətəndaşlarla birbaşa görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, sakinlərin təklifləri və fikirləri nəzərə alınaraq həyata keçirilən işlər daha vacib və məqsədəuyğundur. Eyni zamanda, gənclərin təşəbbüskarlığı RİİB-in layihələrinin uğurla həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
RİİB nümayəndələri ilə görüşdə çıxış edən rayon sakinləri Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mütəmadi olaraq cəbhəyanı rayonlarda olmaları, o cümlədən 2016-cı ildə Tərtərin Qapanlı kəndində sakinlərlə görüşmələri, Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində dağılmış yaşayış evlərində olmaları, bu evlərin tezliklə bərpasına göstəriş vermələri barədə danışıblar. Bildiriblər ki, cəbhəyanı sakinlərin gündəlik problemlərinin dövlət başçısının daim diqqət mərkəzində olması tərtərliləri ölkənin həyatında həmişə fəal iştiraka ruhlandırır.
Sakinlər, həmçinin rayon üçün vacib olan təklif və müraciətlərlə çıxış ediblər. Rayonda təsərrüfat sahələrinin suvarılması probleminin aradan qaldırılması üçün texniki su ilə təchizatın, gənclərin asudə vaxtının təşkili, o cümlədən rayonda idman bazalarının, elektron kitabxananın yaradılması, intellektual yarışlara maraq göstərənlərə dəstək verilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Heydər Əliyev Fondunun Tərtər rayonunda bu günədək bir sıra layihələr həyata keçirdiyini, o cümlədən Fondun təşəbbüsü ilə Sarıcalı və Düyərli kəndlərində orta məktəblərin, uşaq bağçası və körpələr evinin, şahmat məktəbinin inşa olunduğunu xatırladan Anar Ələkbərov görüşdə qaldırılan məsələlərin həllinə RİİB çərçivəsində çalışılacağını deyib. Fondun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu”na bu il regionlardan da vətəndaşların qoşulduğunu deyən Anar Ələkbərov gələcəkdə belə idman yarışlarının bölgələrdə də təşkil ediləcəyini bildirib.
Daha sonra RİİB nümayəndələri Tərtərin Seydimli və Sarıcalı, Bərdə rayonunun Yeni Daşkənd, Goranboy rayonunun Rəhimli kəndlərində, Ağdam rayonunun Quzanlı, Ağcabədi rayonunun Hindarx qəsəbələrində sakinlərlə və ictimai birliyə qoşulan yeni könüllülərlə görüşüb, Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə inşa olunan Yuxarı Sarıcalı kənd tam orta məktəbində, eləcə də Tərtər rayon uşaq musiqi məktəbində olub, təhsil müəssisələrinin hazırkı durumu və ehtiyacları ilə maraqlanıblar.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

