/ / Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib
Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib
22.06.2017 [09:28]
İyunun 21-də Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı” layihəsi, Komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə təşkilati məsələlər, Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupunun yaradılması, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması və Komissiya tərəfindən formalaşdırılacaq nümayəndə heyətinin beynəlxalq təcrübəni öyrənməsi məsələləri müzakirə edilib.
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb.
Əli Əhmədov qeyd edib ki, bir aydan çox müddətdə əmək münasibətləri tənzimlənməyən 1965 nəfər insan aşkar edilib. Həmən şəxslərin əmək fəaliyyəti rəsmiləşdirilib. Aşkar edilən şəxslərin əksəriyyəti ticarət sahəsində fəaliyyət göstərənlərdir. Belə ki, 1965 nəfərdən 732 nəfəri ticarət, 342 nəfəri digər xidmət sahələrində, 316 nəfəri istehsal, 292 nəfəri iaşə, 86 nəfəri sənaye və tikinti materiallarının pərakəndə satışı, 75 nəfəri topdansatış ticarət sferasında, 57 nəfəri tikinti, 45 nəfəri rabitə və nəqliyyat, 20 nəfəri isə təhsil, səhiyyə və maliyyə sahələrində əmək fəaliyyəti tənzimlənmədən çalışıb.
Baş nazirin müavini qeyd edib ki, qeyri-rəsmi məşğulluqla bağlı əsas iqtisadi fəaliyyət bölgələr üzrə Bakının payına düşür. Aşkarlanan 1965 nəfərdən 1263 nəfəri Bakıda fəaliyyət göstərib. Yerdə qalan 702 nəfər isə bölgələrdə çalışanlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı” layihəsi təsdiqlənib, Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb, Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması qərara alınıb və beynəlxalq təcrübənin öyrənilməsinə razılıq verilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

