/ / Prezident İlham Əliyev: Biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir
Prezident İlham Əliyev: Biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir
06.07.2017 [09:47]
2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin xərclərinin əsas hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək
Xəbər verildiyi kimi, Milli Məclisin cari il iyunun 30-da keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi geniş müzakirələrdən sonra qəbul edilib. Bəhs olunan yeni layihə 2017-ci il üçün qəbul edilmiş dövlət və icmal büdcəsində gəlir və xərclərin artırılmasını, dövlət xarici borclanma limitinin yüksəldilməsini, habelə dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması ilə bağlı düzəlişlərin edilməsini nəzərdə tutur. Layihədə dövlət büdcəsi xərclərinin 1 milyard 41 milyon manat məbləğində artırılması, əlavə olaraq təsdiq olunmuş büdcədəki məbləğin 231 milyon manatının strukturunun dəyişdirilərək yenidən bölüşdürülməsi təklif olunub.
Milli Məclisin növbədənkənar sessiyasının müvafiq iclasında maliyyə naziri Samir Şərifov parlamentə məlumat verərək bildirib ki, qanuna dəyişiklikdən sonra 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 766 milyon manat proqnozlaşdırılır. Bu, təsdiq olunmuş proqnozla müqayisədə 3,1 faiz çoxdur. Maliyyə nazirinin məlumatına əsasən, həmin artımın 250 milyon manatı Mərkəzi Bankın mənfəətindən ayırmalardan, 135 milyon manatı Vergilər Nazirliyinin qeyri-neft sektoru üzrə toplayacağı əlavə gəlirlərdən, 50 milyon manatı Dövlət Gömrük Komitəsinin toplayacağı əlavə gəlirlərdən, 76 milyon manatı isə büdcə təşkilatlarının büdcədənkənar xərclərinin maliyyələşdirilməsi üçün həmin büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə təmin olunacaq.
Yeni şəraitdə iqtisadiyyatın artım dinamikası büdcəyə əlavə vəsaitlər cəlb olunmasına münbit zəmin yaradıb
Dünya birjalarında neftin kəskin ucuzlaşması fonunda ayrı-ayrı ölkələrin ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi bir vaxtda Azərbaycanın 2017-ci ilin dövlət büdcəsinə əlavə vəsaitlər cəlb etməsi ölkəmizin reallıqları, daha konkret desək, Azərbaycanın güclü iqtisadi potensialı ilə bağlıdır. Güclü iqtisadiyyatın ölkənin möhkəmlənməsində, müstəqilliyin əbədi olmasında müstəsna rolunu Azərbaycanın timsalında bir daha görmək mümkündür. Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində xüsusi olaraq vurğulayıb ki, bütün planlarımızı həyata keçirmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu istiqamətdə də çox böyük addımlar atılır.
Son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bəhs olunan dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. Son 13 ildə bütün dünyada iqtisadi inkişaf sahəsində ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb.
Azərbaycan xarici mənfi təsirlər nəticəsində respublikamızda bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də inkişafın ardıcıllığını qoruyub saxlamaq və yeni-yeni uğurlara imza atmaq əzmi nümayiş etdirir. Artıq Azərbaycan iqtisadiyyatı mövcud yaranmış vəziyyətə uğurla adaptasiya olunub. 2017-ci ilin arxada qalan dövrünün göstəriciləri milli iqtisadiyyatımızın yenidən inkişafa istiqamət götürməsindən xəbər verir. Ölkəmizin ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıb. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artıb. Cari ilin əvvəlindən ölkə iqtisadiyyatında müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, istənilən ölkə Azərbaycandakı vəziyyəti özü üçün arzulaya bilər: “Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, ötən ildən Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan islahatlar ölkəmizdə xarici mənfi təsirlərin doğurduğu çətinlikləri uğurla dəf etməyə imkan verib. 2017-ci ilin büdcəsinə edilən dəyişikliklər, büdcəyə əlavə vəsaitlər cəlb olunması da respublikamızda maliyyə və investisiya qoyuluşu imkanlarının genişlənməsini bir daha təsdiqləyir.
Azərbaycan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir
Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelinin səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, respublikamızda iki istiqamət paralel şəkildə inkişaf etdirilir. Ölkənin iqtisadi potensialının artırılması üçün konseptual əsaslar hazırlanır, Dövlət proqramları qəbul edilir, praktiki müstəvidə genişmiqyaslı maddi dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, sosial sfera adekvat şəkildə diqqət mərkəzində saxlanılır. Başqa sözlə desək, respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycanda sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Daxili siyasət məsələlərinə gəldikdə, əlbəttə ki, biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın”.
Əlamətdar haldır ki, yeni şəraitdə də ölkəmiz dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Ölkədə bütün sosial proqramlar uğurla yerinə yetirilir. Prezident İlham Əliyev milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Azərbaycanın dərinməzmunlu sosial siyasəti davamlı xarakter daşıyır. Prezident İlham Əliyev deyib: “Azərbaycan büdcəsində sosial xərclər əlbəttə ki, prioritet olaraq qalacaq və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılmalıdır”.
Milli Məclisin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin qəbul edilməsi respublikamızın özünün dərinməzmunlu sosial siyasətinə sadiq qaldığını bir daha təsdiqləyir. Milli Məclisdə təsdiqlənən yeni qanun layihəsinə əsasən büdcəyə cəlb ediləcək vəsaitlərin böyük qisminin sırf sosial istiqamətlərə xərclənməsi nəzərdə tutulub. Parlamentdə qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov yeni qanun layihəsi əsasında büdcəyə daxil olacaq vəsaitlərin xərclənmə istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, 2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68,0 milyon manat vəsait yönəldiləcək.
Bundan başqa, 2016-cı il ərzində ARDNŞ tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250,0 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib. Həmçinin lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün Fondun nizamnamə kapitalının 546,0 milyon manat artırılması nəzərdə tutulub.
Aztəminatlı ailələrin uyğun qiymətə mənzil təminatı dərin sosial məzmun daşıyır
Son illərdə Azərbaycanda irəli sürülən sosial təşəbbüslər sırasında aztəminatlı ailələr üçün uyğun qiymətə sosial mənzillərin tikintisi layihəsi mühüm yer tutur. Yeni sosial təşəbbüsə uyğun olaraq bütün respublika miqyasında aztəminatlı ailələrin uyğun qiymətə mənzil şəraitlərinin yaxşılaşdırılması strateji hədəf kimi qarşıya qoyulub. Sirr deyil ki, aztəminatlı ailələrin aylıq gəlirləri bazar qiymətləri ilə mənzil almağa kifayət etmir. Belə vəziyyətdən gənclərin də əziyyət çəkmələri xüsusi narahatlıq doğurur. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək. Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimindəki çıxışında vurğulayıb ki, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır.
Qeyd edək ki, sosial əhəmiyyətli bu təşəbbüs bilavasitə xalqımızın həyat şəraitinin daha da yaxşılaşmasına yönəlmiş siyasət həyata keçirməyi fəaliyyətinin əsas prinsipi hesab edən Prezident İlham Əliyevdən gəlib. Azərbaycanın dövlət başçısı yaranan şəraitdə aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə belə ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsinə böyük önəm verir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan mərasimdəki çıxışında aztəminatlı ailələr üçün ucuz mənzillərin inşasını çox ciddi sosial təşəbbüs kimi səciyyələndirib.
Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq çox böyük sosial əhəmiyyət daşıyan layihənin reallaşdırılmasına praktiki müstəvidə hər cür dəstək verir, o cümlədən sosial evlər tikilən ərazilərdə kommunal infrastrukturun yaradılmasında yaxından iştirak edir. Təsadüfi deyil ki, 2017-ci ilin yenidən baxılan büdcəsinin xərclər istiqamətində sosial mənzillərin tikintisi proqramına böyük məbləğdə vəsait ayrılması nəzərdə tutulub. Maliyyə naziri Samir Şərifovun parlamentə verdiyi məlumata əsasən, 2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin xərclərində sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50,0 milyon manat vəsait yönəldiləcək.
Yuxarıda vurğuladığımız kimi, ölkəmizdə ilk sosial mənzillərin tikintisinə start verilib. Yasamal rayonunda Xarici Dairəvi Avtomobil Yolunun kənarında Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin inşası uğurla davam etdirilir. Bəhs olunan ərazidə 11,6 hektar sahə Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli sosial evlərin tikintisinin sifarişçisi qismində çıxış edən MİDA MMC-nin sərəncamına verilib. Sosial evlər üçün ərazi seçilərkən gələcək sakinlərin maksimum rahatlıqlarının təmin olunması üçün bütün amillər nəzərə alınıb. Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyindən KİV-ə verilən məlumatda bildirilib ki, şəhərcikdə çoxmənzilli binalarla yanaşı, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə məişət və xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulub. İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın sosial mənzil tikiləcək.
Müəyyənləşdirilən hədəflərə uyğun olaraq sosial mənzillərin tikintisi, eyni zamanda, ölkənin bütün bölgələrinin tarazlı inkişaf konsepsiyası əsasında həyata keçiriləcək. Belə ki, sosial mənzillərin tikintisinin əhatə dairəsi yalnız paytaxt və yaxud iri şəhərlərlə məhdudlaşmayacaq. Belə mənzillər Bakı da daxil olmaqla, ölkənin bütün şəhərlərində, rayon mərkəzlərində inşa olunacaq.
Yol infrastrukturunun yenilənməsi ilə bağlı xərclərin 36 milyon manat artırılması nəzərdə tutulub
2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 milyon manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur. O cümlədən 2017-ci ilin yenilənmiş dövlət büdcəsində ölkədə yol infrastrukturunun tikintisi və yenidən qurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin 36 milyon manat artırılması nəzərdə tutulub.
2017-ci ilin yenilənmiş büdcəsində ölkə boyunca yol infrastrukturunun tikintisi və yenidən qurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin artırılmasını respublikada müasir infrastruktur quruculuğu siyasətinin məntiqi davamı kimi səciyyələndirmək mümkündür. Son 13 ildə Azərbaycanın müasir infrastruktur quruculuğu istiqamətində əldə etdiyi uğurlardan söhbət açarkən ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi vurğulamaq lazımdır. Respublikamızda qısa müddətdə kifayət qədər yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu yaradılıb - bu sahədə irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən 11 min kilometrdən çox yüksək səviyyəli yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Paralel surətdə daşımaların idarə olunması mexanizmi təkmilləşdirilib və ölkəmizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişlənib. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də investisiya tutumu geniş olan yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr davam etdirilir. Son illərdə ölkədə yerli əhəmiyyətli, o cümlədən də kənd yollarının müasir tələblər səviyyəsində yenidən qurulması daha da intensivləşib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə yol infrastrukturunun yenilənməsindən məmnunluğunu ifadə edərək bildirib: “Bu il yüzlərlə kəndi birləşdirən layihələr icra ediləcək. Bakı şəhərində yeni yollar salınır, “Sovetski” adlanan ərazidə böyük yol infrastrukturu yaradılır, yaxın gələcəkdə istifadəyə veriləcək və ümumiyyətlə, şəhərimizin bu hissəsi gözəl bir məkana çevriləcəkdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

