/ / Sahibə Qafarova: Azərbaycan dövləti istənilən üsulla Ermənistanın işğalçılıq siyasətinə və bu kimi təxribatçı hərəkətlərinə son qoyacaq
Sahibə Qafarova: Azərbaycan dövləti istənilən üsulla Ermənistanın işğalçılıq siyasətinə və bu kimi təxribatçı hərəkətlərinə son qoyacaq
06.07.2017 [10:03]
“İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini atəşə tutması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bir daha Ermənistan dövlətinin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur”. Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, bu vandalizm aktı Ermənistanın növbəti dəfə beynəlxalq hüququ, insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın tələblərini heçə saydığını təsdiqləyir. “Bu, atəşkəsin əldə olunmasından bu yana Ermənistan dövlətinin ilk belə təxribatı deyil. Bundan öncə də dəfələrlə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, Ermənistan bu terrorçu təxribatlarında uşaqları, qadınları hədəfə alır. Bu isə bir daha onu göstərir ki, ermənilər uzun müddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar”, - deyən Sahibə Qafarova əlavə edib ki, insanlığa sığmayan, vəşhicəsinə atılmış bu addımlar qəbuledilməzdir və dünya ictimaiyyəti ermənilərin bu vəhşiliklərinə göz yummamalıdır. Ermənistan dövləti terrorçu dövlət olduğunu, ona rəhbərlik edən şəxslərin faktiki olaraq terrorçuluqla məşğul olduqlarını hər dəfə sübuta yetirir. AŞPA-nın komitə sədri ermənilərin məhz indiki ərəfədə belə bir təxribata əl atmasını təsadüfi saymır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlarda hər dəfə bir canlanma yarananda, yeni bir situasiya ortaya çıxanda, ermənilər bu kimi çirkin, insanlığa sığmayan təxribatlara əl ataraq, danışıqlardan yayınmağa çalışırlar. Həmsədrlərin regiona səfərindən sonra Ermənistan yenə də öz mahiyyətini ortaya qoydu. “Amma bunlar da sona qədər davam edə bilməz”, - deyən millət vəkili əlavə edib ki, gec-tez onların bu əməllərinə son qoyulacaq. O bildirib ki, güclü, qüdrətli Azərbaycan dövləti istənilən üsulla Ermənistanın işğalçılıq siyasətinə və bu kimi təxribatçı hərəkətlərinə son qoyacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

