Qaradağ rayonunda 2017-ci ilin birinci yarısının yekunları müzakirə olunub
19.07.2017 [08:57]
İyulun 18-də Qaradağ rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iyulun 12-də keçirilən iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Hesabat yığıncağında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə iyulun 12-də keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı aparılan ardıcıl və köklü islahatların nəticəsində qazanılan iqtisadi uğurlardan ətraflı bəhs edib.
O deyib ki, Qaradağ rayonunun sosial-iqtisadi həyatında da 2017-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunub. Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar-iyun aylarında 459182 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,1 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 44,1 faiz təşkil edib. 2017-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 37032 min manat, rabitə müəssisələri tərəfindən isə 2 milyon 48 min manat həcmində xidmət göstərilib.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 758728 min manatlıq istehlak malları satılıb. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 90378 min manat məbləğində investisiyadan istifadə edilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 53 657 min manat təşkil edib. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, cari ilin birinci yarısında 1301 ailəyə və ya 5203 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı təyin edilib.
Qaradağ Rayon Su Kanal İdarəsinin rəisi Əhliman Mansurov, “İnter Qlass” Səhmdar Cəmiyyətinin sədri Şaiq Mirzəyev rayon icra hakimiyyətinin 2017-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.
Milli Məclisin deputatı Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan danışıb, seçicilərini narahat edən bəzi məsələlərə toxunublar.
Gündəlikdəki məsələyə dair Qaradağ rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

