İşğalçı ölkə sürətlə boşalır
19.08.2017 [09:34]
Bu ilin birinci yarısında Ermənistanı birdəfəlik tərk edənlərin sayı 54 min 31 nəfər olub
Məlum olduğu kimi, Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistanı bütün strateji layihələrdən kənarda qoyub və işğalçı ölkənin iqtisadiyyatı tənəzzül vəziyyətindədir. Təbii ki, iqtisadiyyatın tənəzzülə uğraması təcavüzkar ölkədə əhalinin sosial durumunun getdikcə daha da ağırlaşmasında birbaşa rol oynayır. Bütün bunların fonunda son zamanlar Ermənistanda etiraz aksiyalarının davamlı xarakter alması isə Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu bir qədər də dərinləşdirir.
Elə Ermənistan Milli Statistika Xidmətinin demoqrafik vəziyyətlə bağlı açıqladığı son məlumatlar da Sarkisyan və onun komandasının işğalçı ölkəni necə bir acınacaqlı duruma saldığını təsdiqləyir. Ermənistanın “Birinci İnformasiya” saytı sözügedən Xidmətə istinad edərək yazır ki, ötən illə müqayisədə bu ilin birinci yarısında Ermənistandan gedib qayıtmayanların sayı 54 min 31 nəfər olub. Bu rəqəm 2015-ci ilin eyni dövründə 47 min 676, 2014-cü ildə isə 47 min 74 nəfər olub. Bu şəxslər Ermənistanı tək edərək bir daha geri qayıtmayıblar. Erməni ekspert Aram Amatuni qeyd edib ki, miqrasiya məsələsi Ermənistanın milli təhlükəsizliyi üçün çox ciddi təhdiddir. Onun sözlərinə görə, hər il Ermənistanı tərk edən vətəndaşların sayı artır. Faktiki olaraq gedənlərin sayı rəsmi rəqəmlərdə göstəriləndən çoxdur.
Daha bir məqam iqtisadi vəziyyətlə bağlıdır. A.Amatuni bildirib ki, Ermənistan hakimiyyətinin təmsilçiləri seçki kampaniyası zamanı tez-tez iqtisadi uğurdan, artımdan, inkişafdan danışırdılar: “Bu necə iqtisadi uğurdur ki, ilin ilk rübündə ötən illə müqayisədə daha çox insan işləmək, çörək pulu qazanmaq üçün Ermənistanı tərk edib. Deməli, heç bir iqtisadi uğur yoxdur. İnsanlar iş yeri tapa bilmədiyi üçün ölkəni tərk edirlər. Ermənistanın yeni iş yeri yaratmaq imkanı yoxdur. Deməli, hakimiyyətin dediyi sözlər yalandır və Ermənistanda iş yeri yaradılmır. Əksinə, iş yerləri kütləvi şəkildə bağlanır. Ermənistanda özlərinə iş tapa bilməyənlər məcbur olub ölkəni tərk edirlər. Bütün halda cari ilin ilk rübündə ölkədən gedənlərin sayının artması ölkədə heç bir iqtisadi uğurun, müsbət məqamın olmadığını göstərir”.
Heç şübhəsiz miqrasiyanı sürətləndirən başlıca səbəblərdən biri də işsizlikdir. Və bu sahədə də işğalçı ölkədə durum acınacaqlıdır. Yeri gəlmişkən, “Novosti Armeniya” saytının xəbərinə görə, jurnalistlərə açıqlamasında bu məqamda toxunan “Sociometer” sosioloji tədqiqatlar mərkəzinin direktoru Aqaron Adibekyan “Hazırda Ermənistan əhalisinin 40 faizindən çoxu yeni iş yerlərinin açılması və məşğulluq səviyyəsinin artırılması ümidi ilə yaşayırlar” deyib. Onun sözlərinə görə, bu gün ölkədə sosial gözləntilər ümidi ilə çalışan əhalinin ən ümdə arzusu haqlarının, təqaüdçülər üçünsə təqaüdlərinin artırılmasıdır: “Bu gün ölkədə ali məktəb bitirən gənclərin ən böyük arzusu özlərinə iş tapmaları ilə bağlıdır. İş tapa bilməyənlərin əksəriyyəti çıxış yolunu ölkəni tərk etməkdə - miqrasiyada görürlər”.
Mərkəz direktorunun sözlərinə görə, bu sahədə vəziyyəti çətinləşdirən əsas amillərdən biri Ermənistanın xarici borcunun çoxluğu ilə bağlıdır. Məhz buna görə də ölkə rəhbərliyi, hökumət böyük xarici investorları Ermənistana cəlb edə bilmirlər. Məlum məsələdir ki, belə bir məqamda həmin xarici investorlara dövlət zəmanəti verilməlidir. Belə görünür ki, hökumət bu zəmanəti vermək iqtidarında deyil: “Təbii ki, kiçik həcmli investisiyaların ölkəyə gətirilməsi mümkün olsa da, bu, məsələnin köklü şəkildə həllində heç bir rol oynaya bilməz. Ermənistan vətəndaşları investisiya siyasəti baxımından savadsızdırlar, onların biznes sahəsində işlərin qurulması, banklarla əməkdaşlıq və s. sahələrdə heç bir təcrübələri yoxdur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

