Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sudanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Sudanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

24.08.2017 [09:54]

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Mohamed Elias Mohamed əl-Haq ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir Mohamed Elias Mohamed əl-Haq diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dövr ərzində iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Görüşdə bu il Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Sudan arasında ikitərəfli, həmçinin müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfir Mohamed Elias Mohamed əl-Haqa təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31