Dünya üzrə birinci onluğa daxil olmuş alim...
24.07.2009 [12:58]
Azərbaycan dünya elminə töhfə verən, böyük mütəfəkkirlər yetişdirən aktiv məkanlardan biridir. Fəlsəfə tarixində Bəhmənyar, İbn-Sina, Nəsrəddin Tusi kimi mütəfəkkirlər təhsil, elm fəlsəfəsinə dair dəyərli fikirlər söyləmiş, dünya miqyasında yayılan nəzəriyyələr yaratmışlar...
Müasir dövrdə də Azərbaycan mütəfəkkirləri təhsil sahəsində dünya dövlətlərinin texnoloji çevikliyini artıran yeni elmi nəzəriyyələr ortaya qoymuşlar. Bunların ən bariz nümunəsi kimi, Lütfi-Zadənin yaratdığı qeyri-səlis məntiq nəzəriyyəsini göstərmək olar. Amma bəzi hallarda dünya əhəmiyyətli elmi nəzəriyyələr hazırlayan azərbaycanlı alimlər diqqət mərkəzindən kənarda qalır. Əslində isə, dünya miqyasında aparılan araşdırmalara nəzər saldıqda bəlli olur ki, xarici ölkələrin alimlərinin ən çox istinad etdikləri mənbə də məhz həmin azərbaycanlı alimlər olur...
Belə ki, bir müddət öncə internet axtarış sistemində apardığımız araşdırmaların nəticəsi olaraq bir faktla rastlaşdıq. www.biblioteca.universia.net, www.sgc.engin.umich.edu, www.ntrs.nasa.gov, www.adsabs.harvard.edu, www.springerlink.com, www.etd.caltech.edu və digər saytlarda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovun ionlarla metalların bombardmanı zamanı metalların yeyilməsi, katod tozlanması araşdırması ilə tanış olduq.
Klivlend şəhərində Levis Araşdırmalar Mərkəzinin mütəxəssisi Maris A.Mantenieks hazırladığı ağır ionlarla iş prosesində enerjinin alınması məruzəsində Şahlar Əsgərovun tədqiqatlarına böyük yer ayrıb. Tədqiqatçı qeyd edir ki, ağır ionlarla iş, katod tozlanması araşdırmaları hələ 60-cı illərdə Şahlar Əsgərov və Sena tərəfindən başlanılıb: “Şahlar Əsgərovun və Senanın apardığı araşdırmaların nəticələri sonradan bu sahədə böyük nailiyyətlərin əldə olunmasına geniş yol açdı”.
Məruzə müəllifi, həmçinin, bildirib ki, Əsgərov və Senanın tədqiqatları bu sahədə mühüm nailiyyətlər əldə etmiş Stuart və Wehnerin əldə etdiyi nəticələrlə demək olar ki, eynilik təşkil edir.
Bununla da, ağır ionlarla iş prosesi məruzəsini davam etdirən mütəxəssis daha 9 yerdə Şahlar Əsgərovun elmi araşdırmalarının nəticələrinə istinad edir...
Amma təəssüflə qeyd etməliyik ki, Maris A.Mantenieks məruzəsində Şahlar Əsgərovun araşdırmalarının bu günə qədər diqqət mərkəzindən kənarda qaldığını da yazıb.
Məlumat üçün bildirək ki, katod tozlanması ağır ionlarla aparılan bir prosesdir. Şahlar Əsgərovun 40 il öncə başladığı bu tədqiqat sahəsinin nailiyyətləri bu gün NASA, Avropa Kosmik Tədqiqatlar Mərkəzi tərəfindən geniş istifadə olunur. çünki bu elmi tədqiqatın nəticələrindən hazırda kosmik tədqiqatlarda istifadə edirlər. Bu elmi araşdırmaları ilə Şahlar Əsgərov dünya üzrə 10 alim sırasında layiqli yerini tutduğunu bir daha sübut etmiş olur.
Qeyd edək ki, XX əsrdə raketlər kimyəvi yanacaqla işləyirdisə, XXI əsrdə artıq bu elmi araşdırmaların nəticələrindən istifadə edərək ion mühərriklər hazırlanır və kosmosa aparatların çıxarılmasında bu mühərriklərin rolu getdikcə artır.
ümumiyyətlə, ion mühərrikləri 70-ci illərdən bəri diqqəti cəlb edib. Əlbəttə ki, bu dövrə qədər kosmik sənaye mövcud idi. Amma ağır ionlarla iş prosesi bu sahədə ikinci mərhələnin başlanmasına rəvac verib.
Xatırladaq ki, artıq 2000-ci ildən bəri ion mühərrikləri vasitəsilə kosmosa bir çox aparatlar da aparılıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

