Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

16.09.2017 [10:59]

Sentyabrın 15-də Moskvada MDB İqtisadi Şurasının 75-ci iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. İclas iştirakçıları torpaqların meliorasiyası, neft-qaz maşınqayırması sahələrində əməkdaşlıq konsepsiyası, malların mənşəyinin müəyyən edilməsi haqqında sazişə, eləcə də beynəlxalq avtomobil yükdaşıyıcılarının peşəkarlığının artırılması barədə sazişə əlavələr edilməsi məsələlərini nəzərdən keçiriblər. İqtisadi Şuranın üzvləri bu ilin noyabrında keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasına təqdim olunacaq bir sıra sənədlərin layihələrini müzakirə ediblər. Sənədlər arasında beynəlxalq kartellərlə mübarizədə səylərin birləşdirilməsi, MDB Hökumət Başçıları Şurası ilə MDB Dövlət Başçıları Şurasının səlahiyyətlərinin müəyyən edilməsi, eləcə də MDB Xarici İşlər Nazirləri Şurası və MDB İqtisadi Şurası haqqında əsasnamələrin layihələri var idi. İclasda MDB ölkələrində əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri diqqət mərkəzində olub, büdcə-maliyyə və təşkilatı məsələlərə baxılıb.
MDB İqtisadi Şurasının növbəti iclası bu ilin dekabrında Moskvada keçiriləcək.

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30