ABŞ-ın Helsinki Komissiyasının “dinləmə” təşəbbüsünün arxasında nələr dayanır?
20.10.2017 [10:19]
Erməni lobbisinə yaxınlığı ilə seçilən konqresmen Kristofer Smit işğalçı ölkəyə yardım üçün yeni yollar axtarışındadır
Azərbaycanın milli maraqlarına xidmət edən xarici siyasət kursumuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizə mühüm üstünlük qazandırıb. Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasi xətt istər siyasi, istərsə də hüquqi sferada Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında əsaslı rol oynayır. Beynəlxalq tribunalarda Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığı, ərazi bütövlüyümüzün qeyd-şərtsiz təmin edilməsinin vacibliyi birmənalı olaraq bəyan edilir.
Bu səbəbdəndir ki, erməni lobbisinin və onların havadarlarının narahatlıqları yenidən özünü büruzə verməkdədir. Daha dəqiq desək, işğalçı Ermənistanın hərbi gücünün zəifliyini dərk edən erməni lobbisi və onlara xidmət edən bir sıra xarici mərkəzlər fərqli layihələr və təşəbbüslərlə terrorçu dövlətə yardım etmək niyyətindədirlər. ABŞ-ın Helsinki Komissiyasının Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusundakı dinləmələr təşəbbüsü də məhz bu niyyətə xidmət göstərir. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Vurğulanmalıdır ki, Helsinki Komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan etsə də, ikili standartlarla fəaliyyət göstərdiyi aşkar şəkildə ortadadır. Belə ki, 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin səkkizi - suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komissiya bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. Eləcə də bu komissiyanın sədri konqresmen Kristofer Smitin erməni lobbisi ilə yaxınlığı və Azərbaycana qarşı olması hər kəsə bəllidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Kristofer Smit Azərbaycan cəmiyyətinə yaxından tanışdır. Onun ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biri olması sirr deyil. Millət vəkili bildirib ki, K.Smit Azərbaycana qarşı məşhur “907-ci düzəliş”in həmmüəllifidir: “Kristofer Smit açıq şəkildə ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Təbii ki, onun bu narahatlıqlarının səbəbi var. Xaricdəki ermənipərəst dairələr bu gün Azərbaycan dövlətinin gücü, regionda oynadığı rolu dərk edirlər və bu səbəbdən də Ermənistanı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün belə manipulyasiyalara əl atırlar. Yəqin ki, Smitin və digərlərinin dinləmə təşəbbüsü Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq istəyindən irəli gəlir və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə, həmçinin hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür. Amma hər zaman olduğu kimi, bu dəfə də onların cəhdləri boşa çıxacaq”.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də Kristofer Smitin yenidən anti-Azərbaycan kampaniyasının erməni həlqəsi rolunda çıxış etdiyini deyib. B.Quliyev bildirib ki, qondarma “erməni soyqırımı” məsələsinin əsas təbliğatçılarından sayılan ABŞ-lı konqresmenin ölkəmizə qarşı qərəzinin arxasında erməni lobbisinin sifarişi dayanır: “Müstəqil xarici və daxili siyasət yürüdən, yalnız milli maraqların qorunması prinsipini əsas tutan, ən əsası isə, Dağlıq Qarabağ məsələsinin həlli prosesində qətiyyətli mövqe nümayiş etdirən ölkəmizə qarşı bu cür qərəzli və çoxstandartlı yanaşmanın arxasında birmənalı şəkildə erməni lobbisi dayanır. Sözügedən dinləmələr təşəbbüsünün arxasında Kristofer Smitin dayanması bu faktın doğruluğu fikrini bir daha təsdiqləyir. Kristofer Smit hər zaman ölkəmizə qarşı kampaniyaları, eləcə də ermənipərəst mövqeyi ilə seçilir. Onun qondarma soyqırımı məsələsinin əsas təbliğatçısı qismində çıxış edən ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyanla görüşləri hər şeyi ortaya qoyur. Ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı mövqeyinin açıq şəkildə dünya birliyi tərəfindən dəstəklənməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən ay BMT tribunasından verdiyi açıq mesajlar K.Smit və arxasındakı erməni lobbisini yenidən köhnə amplualarına qayıtmağa məcbur edir. Amma başa düşmürlər ki, artıq onların yalanları heç bir məna kəsb etmir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
28 Aprel 17:24
Xəbər lenti
28 Aprel 14:43
İdman
28 Aprel 14:10
Xəbər lenti
28 Aprel 12:24
Sosial
28 Aprel 11:52
Dünya
28 Aprel 11:30
Dünya
28 Aprel 11:29
Xəbər lenti
28 Aprel 11:17
Xəbər lenti
28 Aprel 10:00
Xəbər lenti
27 Aprel 20:01
Xəbər lenti
27 Aprel 18:56
Dünya
27 Aprel 18:01
Xəbər lenti
27 Aprel 17:04
Xəbər lenti
27 Aprel 16:28
Dünya
27 Aprel 16:00
Xəbər lenti
27 Aprel 15:11
İqtisadiyyat
27 Aprel 15:08
Xəbər lenti
27 Aprel 15:07
Xəbər lenti
27 Aprel 13:49
Xəbər lenti
27 Aprel 13:01
Xəbər lenti
27 Aprel 12:25
Dünya
27 Aprel 12:23
Mədəniyyət
27 Aprel 11:35
Sosial
27 Aprel 11:25
Ədəbiyyat
27 Aprel 11:15
Siyasət
27 Aprel 11:10
MEDİA
27 Aprel 11:00
Siyasət
27 Aprel 10:50
Gündəm
27 Aprel 10:42
İqtisadiyyat
27 Aprel 10:37
Siyasət
27 Aprel 10:34
Xəbər lenti
27 Aprel 10:30
Siyasət
27 Aprel 10:25
Siyasət
27 Aprel 10:20
Siyasət
27 Aprel 10:10
Gündəm
27 Aprel 10:00
Xəbər lenti
27 Aprel 09:50
Xəbər lenti
26 Aprel 21:02
Siyasət
26 Aprel 20:19
Xəbər lenti
26 Aprel 20:17
Siyasət
26 Aprel 18:49
Xəbər lenti
26 Aprel 18:32
Xəbər lenti
26 Aprel 17:31
Gündəm
26 Aprel 17:25
YAP xəbərləri
26 Aprel 17:22
Siyasət
26 Aprel 17:12
Dünya
26 Aprel 16:36
Turizm
26 Aprel 16:31
Xəbər lenti
26 Aprel 15:59
Xəbər lenti
26 Aprel 15:40
Siyasət
26 Aprel 15:23
Xəbər lenti
26 Aprel 15:09
İqtisadiyyat
26 Aprel 15:03
Gündəm
26 Aprel 15:01
Siyasət
26 Aprel 15:00
Xəbər lenti
26 Aprel 14:58
Siyasət
26 Aprel 14:51
Gündəm
26 Aprel 14:48
Xəbər lenti
26 Aprel 14:47
Xəbər lenti
26 Aprel 14:30
Siyasət
26 Aprel 14:14
Xəbər lenti
26 Aprel 14:12
Xəbər lenti
26 Aprel 13:18
Xəbər lenti
26 Aprel 13:16
Dünya
26 Aprel 13:04
Xəbər lenti
26 Aprel 13:02
Xəbər lenti
26 Aprel 12:59
Xəbər lenti
26 Aprel 12:46
Sosial
26 Aprel 12:44
Xəbər lenti
26 Aprel 12:32