24 il əvvəl gətirilmiş kiçik daş parçası...
27.04.2024 [10:20]
Ağdam Cümə məscidindədir
Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir video material anındaca gündəm oldu. Videonu izləyən hər kəs onu paylaşmağa tələsdi. Söhbət 9 may 2000-ci il tarixində ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk qrupunun həmsədri Keri Kavanonun Bakıda keçirilən görüşdə sabiq Prezident Heydər Əliyevə kiçik bağlama təqdim etməsindən gedir. Bağlamanın içində nə olduğunu öyrənən Heydər Əliyev bir andaca duyğulanır, dərhal da özünəxas olan möhkəm iradə ilə diplomata təşəkkürünü bildirir.
Bəs bağlamanın möcüzəsi nə idi? Yüksəksəviyyəli görüşdə Heydər Əliyevə bu kiçik bağlamanın təqdim olunması hansı anlamı daşıyırdı? Heydər Əliyev bağlamada nə olduğunu soruşur. Amerikalı həmsədrin cavabı belə olur: “Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, bir gün gələcək, o böyük məscidin özü geri qaytarılacaq. Və biz də insanların orada dua etməsinə şərait yaradılmasına nail olacağıq”.
Keri Kavanonun həmin davranışından təsirlənən Heydər Əliyev kövrələrək amerikalı diplomatı qucaqlayaraq öpüb. Diplomatın davranışlarında nə dərəcədə səmimi olduğunu deyə bilmərik. Hər halda torpaqlarımızın, Ağdam Cümə məscidi də daxil olmaqla tarixi-mədəni abidələrimizin dağıdılması, onilliklər ərzində işğal altında qalması və zamanında Minsk qrupunun bütün bunlara seyirçi münasibət bəsləməsi faktı acı reallıqdır. Vətən müharibəsindən sonra bütün bunlar arxada qalıb.
Böyük siyasətçi Heydər Əliyevin aldığı kiçik bağlamadan təsirlənməsi isə bir mənəviyyat, milli ruh məsələsidir. Ziyarətgahlara, müqəddəs yerlərə gedən insanların oradan tütiyələr gətirərək yaxınlarına paylamaları Azərbaycan xalqının bu gün də yaşatdığı gözəl bir ənənədir. Torpaq sevgisi, yurd yerlərinə bağlılıq xalqımızın gen yaddaşına hopub desək, yanılmarıq. Heydər Əliyev də böyük siyasətçi olmaqdan öncə hər birimizə nümunə ola biləcək böyük azərbaycanlı idi. Milli mənəviyyatımızın mükəmməl daşıyıcısı olan Heydər Əliyev öz davranışları və söylədiyi müdrik kəlamları ilə bizləri doğma Azərbaycana və xalqa daha möhkəm tellərlə bağlayırdı. Bütün varlığına Azərbaycan sevgisi və milli ruh hakim kəsilən Heydər Əliyev işğalda qalan Ağdam Cümə məscidindən gətirilən tütiyəyə biganə qala bilərdimi? Heydər Əliyevin təsirlənməsi Onun daxilindəki yanğının ifadəsi idi. Bu yanğı Heydər Əliyevə bir an da olsun rahatlıq vermirdi. O, ömrünün axırınadək torpaqlarımızın işğaldan azad edilməsi təşnəsi ilə yaşadı. Torpaqlarımızın, abidələrimizin geri qaytarılması naminə fədəkar fəaliyyət və prinsipiallıq göstərdi, müdrik gedişləri ilə müxtəlif mərkəzlərin Qarabağla əlaqədar hazırladıqları məkrli lanları pozdu, qələbəyə aparan yolun əsaslarını yaratdı. O, haqq-ədalətin öz yerini tutacağına inanırdı və bizləri də buna inandırırdı
Bu gün təsəlli yerimiz var. Ata vəsiyyətini Heydər Əliyevin oğlu və siyasi varisi İlham Əliyev yerinə yetirdi. Bu günlərdə xalqımız ekranlarda Azərbaycan Prezident İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Ağdam Cümə məscidinin bərpadan sonra açılışını izləyərkən yenidən təsirləndi. Eynən böyük Heydər Əliyev kimi. İşğal dövründə Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da indi burada nümayiş etdirilir. Aradan on illiklər ötdü. Heydər Əliyevin inamı və vəsiyyəti ümidlərimizin sönməsinə imkan vermədi. Səbr etdik, dözdük, inandıq və haqqımız olanı əldə etdik. İlahi ədalətin təntənəsi bax budur!
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

