KOBİA neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinə müraciət edib
08.05.2026 [22:18]
Neft-qaz sənayesinin təchizat zəncirində kiçik və orta biznes subyektlərinin (KOB) iştirak imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, iyunun 1-3-də Bakı Ekspo Mərkəzində keçiriləcək 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil & Gas”) neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək. KOB subyektlərinin neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu il də sərgidə KOB-ların iştirakı üçün stend quracaq. Sözügedən stenddə ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 25-dək müvafiq formanı dolduraraq agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek). Müraciət formasında “İştirak etmək istədiyiniz tədbir” bölməsində “Caspian Oil and Gas 2026” qeyd olunmalıdır.
KOB subyektlərinin sərgidə iştirakı onların neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr qurmasına, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, potensial təchizatçı kimi fəaliyyət imkanlarının genişləndirilməsinə, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə etməsinə şərait yaradacaq. Neft-qaz və energetika sahəsində fəaliyyət göstərən və ya bu sektora məhsul və xidmət təqdim etmək potensialına malik KOB subyektləri sərgidə iştirak imkanından yararlanmağa dəvət olunur.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

