Çin və Azərbaycan arasında əməkdaşlıq inkişaf edir
15.11.2017 [10:25]
Noyabrın 14-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Bildirilib ki, 1994-cü ildə Ümummilli lider Heydər Əliyev ilk xarici səfərlərindən birini məhz Çinə edib. Prezident İlham Əliyev bir neçə dəfə Çində səfərdə olub. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlər də önəmli rol oynayır.
Birinci vitse-spiker Çin Kommunist Partiyasının bu ilin oktyabrında keçirilmiş XIX qurultayının əhəmiyyəti barədə danışıb, burada qəbul olunmuş qərarların Çin xalqının mənafeyinə xidmət edəcəyinə inamını bildirib. O, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında sıx dostluq əlaqələrinin olduğunu söyləyib.
Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdü. Bu, qədim İpək Yolunun bərpası deməkdir və Avropa ilə Asiyanı birləşdirən bir layihədir. Bu yol həm yük, həm də sərnişin daşımaları üçün nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir. Bölgə iqtisadiyyatının 75 faizi məhz Azərbaycanda formalaşır. Ölkəmizdə müxtəlif neft və qaz layihələri həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP layihələrinin əhəmiyyəti barədə söhbət açan birinci vitse-spiker gələcəkdə Çinin də bu prosesdən faydalana biləcəyini söyləyib.
Sonra Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmir. O, Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladaraq, bu qətnamələrin icra edilməsi üçün Azərbaycana dəstək verməsini xahiş edib. Xocalı qətliamı barədə söhbət açan birinci vitse-spiker dünyanın 15 ölkəsində bu faciənin soyqırımı kimi tanınmasını diqqətə çatdırıb və Çin parlamentində də bu məsələnin müzakirə olunacağına ümid etdiyini deyib.
Söhbət zamanı 2025-ci ildə “EKSPO” Beynəlxalq Sərgisinin keçiriləcəyi barədə məlumat verilib. Qeyd edilib ki, tədbirin keçirilməsi üçün Azərbaycanın Bakı, Fransanın Paris, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri öz namizədliklərini irəli sürüblər. Ziyafət Əsgərov Çini bu məsələdə Azərbaycana dəstək olmağa çağırıb. O, bunun üçün ölkəmizdə zəruri infrastrukturun, habelə beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübənin olduğunu söyləyib.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Li Çjun ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində parlamentlərin rolundan danışıb. O, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib.
Qonaq Çin Xalq Respublikası Kommunist Partiyasının XIX qurultayı barədə məlumat verib. Qeyd edilib ki, qurultayda partiya rəhbərliyinin yeni tərkibi formalaşıb, ölkə üçün mühüm qərarlar qəbul edilib, yeni hədəflər müəyyənləşdirilib. Li Çjun Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Çinin ölkəmizdəki səfiri Vey Cinhua və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19

