Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Eldar İbrahimov: Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə hazırdır

Eldar İbrahimov: Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə hazırdır

11.01.2018 [10:06]

“Yeni Azərbaycan Partiyası (YAP) hər zaman seçkilərə hazırdır. YAP bəzi partiyalar kimi, sadəcə, seçkilərdən seçkilərə hazırlaşmır, bu, daimi bir prosesdir”. Bu fikirləri Oxu.az saytına YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, YAP-ın böyük seçki təcrübəsi var. Onun sözlərinə görə, partiyamız bütün seçkilərdə müasir seçki texnologiyalarından istifadə edir.
“Qarşıdan növbəti prezident seçkiləri gəlir. Partiyamızın rəhbər şəxslərinin, o cümlədən YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədovun bu günlərdə vurğuladığı kimi, Azərbaycan dövləti, YAP iqtidarı ölkədə azad, ədalətli seçkilərin keçirilməsində maraqlıdır və hər zaman olduğu kimi, bu dəfə də bu prosesin şəffaf aparılması üçün bütün bərabər imkanlar yaradılacaq. Demokratiya, demokratik seçkilər də bizim öz könüllü seçimimizdir. Odur ki, Azərbaycanda 2018-ci ilin payızında keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı kimsənin iradı ola bilməz və seçkilər yüksək səviyyədə keçiriləcək. Azərbaycan dövləti və onun rəhbərliyi hər zaman olduğu kimi, builki seçkilərin də demokratik və azad keçirilməsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaradacaq, ədalətli seçkilərin təminatçısı olacaq. Buna kimsənin şübhəsi ola bilməz. 2018-ci il prezident seçkiləri də Azərbaycanın demokratiya yolunda irəliyə doğru daha bir addımı olacaq”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30