Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunub
18.01.2018 [10:10]
Azərbaycanın və Fransanın xarici işlər nazirlərinin görüşü olub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib və siyasi əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfərlərin vacibliyi vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunulub. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında həmkarına məlumat verib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi, mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Elmar Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni irsinin talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkib.
Elmar Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu bildirib və bu xüsusda həmsədrlərə birgə səyləri davam etdirəcəyini deyib.
Nazirlər Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir ediblər və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin daha da artırılmasının önəmini vurğulayıblar.
Söhbət zamanı, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsində Azərbaycan-Fransa İqtisadi Komissiyasının rolu və Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin iqtisadi münasibətlərə müsbət təsiri qeyd olunub.
Azərbaycanda Fransanın 50-dən çox şirkətinin fəaliyyət göstərdiyini bildirən Elmar Məmmədyarov Fransanın ölkəmizin neft və qaz sektorunda “Total Fina Elf”, “Total E&P Absheron” və “GDF Suez E&P” şirkətləri ilə təmsil olunduğunu bildirib. Bu xüsusda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı enerji və infrastruktur layihələri barəsində məlumat verib.
E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığını bildirib, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsinin Azərbaycanın prioritet sahələrinin sırasında, Fransanın isə bu sahədə aparıcı ölkələrdən biri olduğunu nəzərə alaraq, iki ölkə arasında İKT sahəsində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in Fransanın “Arianespace” şirkətinin “Ariane-5” raketi ilə 2013-cü ilin fevralında Fransız Qvianasındakı kosmodromdan uğurla orbitə çıxarıldığını xatırladıb və “Arianespace” şirkəti ilə imzalanmış müqavilə əsasında, Azərbaycanın “Azerspace-2” telekommunikasiya peykinin 2018-ci ilin əvvəlində orbitə çıxarılmasının nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə həmçinin iki ölkə arasında humanitar sahədə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

