Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin deputatları Bolqarıstanın Xalq Məclisində görüşlər keçiriblər

Milli Məclisin deputatları Bolqarıstanın Xalq Məclisində görüşlər keçiriblər

19.01.2018 [10:17]

Milli Məclisin bir qrup deputatı Bolqarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib. Azərbaycan-Bolqarıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, qrupun üzvləri Ağacan Abiyev və Sabir Hacıyev səfər çərçivəsində yanvarın 17-də Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin sədri Çveta Karayançeva ilə görüşüblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın perspektivləri, münasibətlərin daha da möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. İşçi qrupun rəhbəri Rauf Əliyev iki ölkə arasında əlaqələrin inkişafından, Azərbaycan-Bolqarıstan parlamentləri arasında əlaqələrin səviyyəsindən, parlamentlərarası dostluq qruplarının fəaliyyətindən, bu sahədə əldə olunmuş uğurlardan və əməkdaşlığın perspektivlərindən danışıb.
Deputatlarımız səfər zamanı həmçinin Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisində Gənclər və idman məsələləri və Əmək, sosial və demoqrafik siyasət komitələrində görüş keçiriblər. Görüşlər zamanı iki ölkə arasında idman, gənclər siyasəti, turizm, mədəniyyət və digər sahələrdə qarşılıqlı əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda, əmək, sosial və demoqrafik siyasət sahəsində mövcud qanunvericilik barəsində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılması hər iki tərəf üçün faydalıdır.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30