Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla Koreya arasında əlaqələr gündən-günə inkişaf edir

Azərbaycanla Koreya arasında əlaqələr gündən-günə inkişaf edir

25.01.2018 [10:19]

Milli Məclisdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələri müzakirə olunub
Yanvarın 24-də Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, işçi qrupunun üzvü, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Xanlar Fətiyev Azərbaycanla Koreya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, ikitərəfli əlaqələrin dinamikası yüksək səviyyəli qarşılıqlı səfərlər ilə daha da artıb. Bu səfərlər zamanı bir sıra mühüm sazişlər imzalanıb. Həmçinin ikitərəfli münasibətlərin inkişafına parlamentlərarası dostluq qrupları da töhfələrini verir. Bu günədək Azərbaycanla Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 60-dan çox hüquqi sənəd imzalanıb.
Xanlar Fətiyev qonaqların dostluq qrupu kimi Azərbaycana ilk səfərlərini yüksək qiymətləndirib.
Azərbaycanın regionda siyasi və iqtisadi cəhətdən güclü dövlət olduğunu deyən X.Fətiyev Koreya Respublikası ilə iqtisadi və digər sahələrdə də əlaqələrin genişləndiyini söyləyib.
Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Su bu cür görüşlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycanın və Koreya Respublikasının tarixində, mədəniyyətində oxşarlıqların çox olduğunu vurğulayan qonaq söyləyib ki, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza malik olması onları sevindirir. O, Azərbaycanın ev sahibliyi etdiyi və iştirakçısı olduğu beynəlxalq tədbirlərdən məmnunluqla söz açıb, gələcəkdə yeni sahələr üzrə təcrübə mübadiləsini genişləndirməkdə maraqlı olduqlarını bildirib.
Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ağır nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, artıq 25 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Sonra görüşdə Azərbaycanla Koreya Respublikası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Sədaqət Vəliyeva, Rauf Əliyev, Şahin İsmayılov və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30